#Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Silahlı Qüvvələrinin komandanı və Quru Qoşunlarının rəhbəri marşal Seyid Asim Müniri qəbul edib. Görüşdə Türkiyə Prezidentinin müavini Cevdet Yılmaz, Baş Qərargah rəisi ordu generalı Səlcuq Bayraktaroğlu və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada İŞİD terror təşkilatına qarşı sərhəddən kənar əməliyyat həyata keçirib.İstintaq məlumatlarına əsasən, saxlanılan şəxslərin Türkiyədən Suriyaya keçərək terror təşkilatına qoşulduqları və müxtəlif fəaliyyətlərdə iştirak etdikləri müəyyən olunub. Həmçinin onların Türkiyədə baş vermiş bir sıra terror hadisələri ilə əlaqələrinin olduğu bildirilib.

Türkiyə Milli Kəşfiyyat Təşkilatının koordinasiyası ilə həyata keçirilən əməliyyat çərçivəsində kibercinayət şəbəkəsinə qarşı genişmiqyaslı tədbirlər görülüb. Əməliyyat Türkiyə Milli Kəşfiyyat Təşkilatı, Kibertəhlükəsizlik İdarəsi, Jandarma Baş Komandanlığı və Maliyyə Cinayətləri Araşdırma Şurasının birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Saxlanılan şəxslər arasında şəbəkənin texniki infrastrukturunu quran və idarə edən əsas fiqurun da olduğu bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vyetnam Milli Assambleyasının sədri Tran Than Man və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin Dolmabahçe ofisində baş tutan qəbulda Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duran da iştirak ediblər.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Baş İdarəsinin (EGM) İstanbulda həyata keçirdiyi birgə əməliyyat nəticəsində terror aktı hazırlığında olan DHKP-C terror təşkilatının 4 üzvü yaxalanıb. MİT-in İstanbuldakı qeyri-qanuni strukturlaşmalara qarşı apardığı kəşfiyyat işləri nəticəsində təşkilat üzvlərinin kritik nöqtələrə qarşı silahlı və bombalı hücum hazırlığında olduğu müəyyən edilib. Terrorçuların strateji hədəfləri hədəf aldığı aşkarlandıqdan sonra MİT və İstanbul Polis İdarəsi koordinasiyalı şəkildə hərəkətə keçib. 2026-cı il fevralın 25-də həyata keçirilən eyni vaxtlı basqınlar nəticəsində hücum planlaşdıran 4 terrorçu saxlanılaraq nəzarətə götürülüb.

İstanbul Terrorla Mübarizə və Kəşfiyyat İdarəsinin əməkdaşları İŞİD terror qruplaşmasının fəaliyyətinin qarşısının alınması məqsədilə genişmiqyaslı əməliyyat keçirib. Əməliyyatın əsas hədəfində terror təşkilatı ilə əlaqəli fəaliyyət göstərən və sosial media platformaları vasitəsilə qruplaşmanın təbliğatını aparan şəxslər olub. Şəhərin müxtəlif ünvanlarında eyni vaxtda həyata keçirilən basqınlar nəticəsində 11 şübhəli şəxs gözaltına alınıb.

Türkiyədə Fetullahçı Terror Təşkilatının (FETÖ) cari maliyyə fəaliyyəti və qondarma “TSK gizli xidmətləri” strukturu ilə bağlı aparılan istintaq çərçivəsində 8 şübhəli saxlanılıb. Texniki və fiziki müşahidə, eləcə də rəqəmsal materialların təhlili nəticəsində aralarında daha əvvəl dövlət qulluğundan xaric edilmiş iki nəfərin də olduğu 8 şübhəli müəyyən edilib. İstintaq materiallarına görə, bu şəxslər əvvəl təşkilat üzvlüyü ittihamı ilə mühakimə olunsalar da, iddianamə tarixlərindən sonra da fəaliyyətlərini davam etdiriblər və cari şəbəkə daxilində yer alıblar.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İsrailin kəşfiyyat xidməti MOSSAD-a bağlı casusluq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı İstanbulda genişmiqyaslı əməliyyat həyata keçirib. İstanbul Respublika Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi ilə birgə keçirilən “MONİTUM” əməliyyatı çərçivəsində MOSSAD adına casusluq fəaliyyəti göstərdiyi müəyyən edilən Mehmet Budak Derya və Veysel Kerimoğlu saxlanılıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın rəsmi təmaslar üçün Suriyanın paytaxtı Dəməşqə səfər edib. Məlumata görə, Türkiyə nümayəndə heyəti Dəməşqdə Suriya Prezidenti Şara və digər yüksək vəzifəli suriyalı rəsmilərlə görüşlər keçirəcək. Səfər çərçivəsində Türkiyə–Suriya münasibətlərinin son bir il ərzindəki inkişafı siyasi, iqtisadi və təhlükəsizlik aspektləri ilə hərtərəfli şəkildə qiymətləndiriləcək.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində ölkənin 32 vilayətində keçirilən əməliyyatlar nəticəsində terror təşkilatı DEAŞ-la əlaqəli olduğu və quruma maliyyə dəstəyi göstərdiyi ehtimal edilən 170 nəfərin saxlanıldığını açıqlayıb. Nazir Yerlikaya sosial şəbəkə hesabında paylaşdığı məlumatda əməliyyatların Ankara, İstanbul və İzmir də daxil olmaqla 32 vilayəti əhatə etdiyini bildirib.