Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Son günlər Böyük Britaniyanın “The Independent” və “The Guardian” qəzetlərində, habelə “BBC” yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilib.

    Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatında qeyd edilib.

    Bildirilib ki, aşkar birtərəfli yanaşma və mülahizələrə əsaslanan bu yazılar Azərbaycanın beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təəssüratı yaradır:

    "Məqalə müəllifləri mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də qarşı tərəfin rəsmi münasibətini öyrənmək üçün hər hansı addım atmamış, sadəcə öz subyektiv mülahizələrinə əsaslanan tezisləri ictimaiyyətə təqdim etməyə üstünlük vermişlər. Bu isə sözügedən materialların müəyyən lobbi dairələrinin maraqlarından irəli gələn siyasi sifariş xarakteri daşıdığına dair ciddi şübhələr yaradır və dərin təəssüf doğurur.

    Ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, habelə beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir".

    "Bir daha adı çəkilən media qurumlarını (“The Independent”, “The Guardian” və “BBC”) bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa, Azərbaycan haqqında birtərəfli, qərəzli və həqiqətə uyğun olmayan materialların dərcindən çəkinməyə, eləcə də jurnalist etikasına uyğun olaraq tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edirik", - deyə bəyanatda qeyd edilib.

    #Azərbaycan #Medianın İnkişafı Agentliyi #MEDİA #BBC #The Independent #The Guardian #Media etikası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    27 Avqust 2026 15:51

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    27 Avqust 2026 13:40

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

    26 Avqust 2026 19:31
    XƏBƏR LENTİ

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.