#Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP)

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli partiyasının parlamentdəki qrup toplantısında çıxış edərək, Avropa İttifaqının (Aİ) son Türkiyə hesabatına və Ülkü Ocaqlarını hədəf alan bəyanatlarına çox sərt reaksiya verib. Fransada keçirilən G7 sammitinə və ABŞ Prezidenti Donald Trampın "Müdür mənəm" sözlərinə toxunan MHP lideri, Avropanın İkinci Dünya Müharibəsindən bəri Vaşinqtonun təhlükəsizlik kölgəsindən çıxa bilmədiyini qeyd edib.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Türkiyə Böyük Millət Məclisində keçirilən partiya qrup iclasında çıxış edərək ölkənin daxili və xarici siyasət gündəminə dair geniş açıqlamalar verib. Bahçeli çıxışında Türkiyənin geosiyasi mövqeyi, xarici siyasət prioritetləri, Kipr məsələsi, terrorla mübarizə və iqtisadi hədəflər daxil olmaqla bir çox istiqamətdə mesajlar səsləndirib. O, milli birlik və səfərbərlik çağırışı edərək Türkiyənin regional güc roluna diqqət çəkib

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duranın sosial media hesabında paylaşdığı məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan MHP lideri Devlet Bahçelini qəbul edəcək. Görüş bu gün saat 17:30-da Prezident iqamətgahında baş tutacaq. Görüşdə aktual siyasi məsələlərin və "Cumhur İttifaqı"nın gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunacağı gözlənilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucu lideri Alparslan Türkeşin vəfatının 29-cu ildönümü münasibətilə anım mesajı yayımlayıb. Prezident mesajında mərhum lideri rəhmətlə yad edərək onun xatirəsinin xalqın qəlbində yaşadığını qeyd edib.

Alparslan Türkeş, Türkiyə siyasətində milliyyətçi hərəkatın əsas simalarından biri olaraq, hərbi və siyasi karyerası boyunca Türk millətçiliyini gücləndirməyə çalışan, Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucusu və ideoloji lideri olmuş bir dövlət xadimidir.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Türkiyə Milliyətçi Hərəkat Partiyası sədri Devlet Bahçeli ilə parlamentdəki kabinetində bir araya gəlib. Təxminən 30 dəqiqə davam edən qapalı görüşdən sonra mətbuata açıqlama verən Kurtulmuş, bu ziyarətin əsas məqsədinin "Terrorsuz Türkiyə" hədəfi çərçivəsində yaradılan Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının işinə verdiyi dəstəyə görə Bahçeliyə təşəkkür etmək olduğunu bildirib. O, komissiyada təmsil olunan digər siyasi partiyaların rəhbərləri ilə də görüşlərini davam etdirəcəyini vurğulayıb.

Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan, bu gün Milliyyətçi Hərəkat Partiyası (MHP) rəhbəri Devlet Bahçelini qəbul edəcək. Görüşdə iki liderin Türkiyənin daxili siyasəti və qarşıdakı strateji məsələləri müzakirə etməsi gözlənilir. Sosial şəbəkələrdə yayılan məlumatlarda vurğulanır ki, bu görüş hökumət-milli ittifaqların koordinasiyası və strateji qərarların qəbul edilməsində önəmli rol oynayacaq.

MHP sədri Devlet Bahçeli partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edərək İrandakı hadisələrin və ölkənin ərazi bütövlüyünün əhəmiyyətinə toxunub. Devlet Bahçeli İranın ərazi bütövlüyünün bölgə üçün həyati önəm daşıdığını vurğulayıb. O bildirib ki, İranda baş verən hər hansı bir narahatlıq və sabitliyin pozulması həm Türkiyəni, həm də bütün regionu birbaşa təhdid edir. MHP lideri İrana müdaxilə etmək istəyənlərin niyyətlərinin bəlli olduğunu və bu təhdidlərin Türkiyə üçün tanış ssenarilər olduğunu qeyd edib.

Vəzifəsindən azad olunan Əsənyurt Bələdiyyə Başçısı Ahmet Özər, Millətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli ilə görüşüb. Görüşdən sonra açıqlama verən Özər bildirib ki, Bahçeliyə sülh prosesinə verdiyi səmimi və fədakar töhfələr üçün təşəkkür edib. Özər həmçinin bildirib ki, iddiaların cəzaya çevrilməməsi və müvəqqəti idarəçi tətbiqinin sona çatması prosesi dəstəkləyə bilər. O, əvvəlki mərhələdə Aziz İhsan Aktaş ilə bağlı istintaqda tutulmuş və təxminən bir ay əvvəl azad edilmişdi.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı terrordan azad Türkiyə hədəfinə nail olmaq üçün iradəli olduqlarını vurğulayıb. O bildirib ki, terror problemini həll etməklə həm Türkiyə, həm də türk xalqı qazanacaq və prosesə mane olmaq istəyənlərə sərt reaksiya göstərəcək. “Şəhid ailələrimiz narahat olmasın, qazilərimiz qorxuya düşməsin. Heç vaxt başlarını aşağı etməyəcəyik. Bizim heç bir bazarlığımız yoxdur və Türkiyənin suverenliyini zədələyəcək hər hansı yanlış addımda yer almarıq”, – Bahçeli qeyd edib.