Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, DEM Partiyasının İmralı heyəti ilə Beştepedə görüş keçirib. Təxminən 1 saat davam edən görüş mediaya qapalı şəkildə baş tutub. Qəbulda DEM Partiyasının təmsilçiləri – TBMM sədr müavini və Van millət vəkili Pervin Buldan, Şanlıurfa millət vəkili Mithat Sancar, həmçinin AK Partinin sədr müavini Efkan Ala və MİT sədri İbrahim Kalın iştirak ediblər.
#DEM partiyası
TBMM sədri Numan Kurtulmuş iclasda çıxış edərək AK Partiya, CHP və DEM Partiyasının hər birindən əlavə bir üzvün adlarının təqdim olunmasını istəyib. O, komissiyanın işini səmimiyyətlə qəbul etdiyini, gündəliyə nəzarət etdiyini və qərarlarını ardıcıl şəkildə həyata keçirdiyini vurğulayıb. Kurtulmuş milli birliyi və qardaşlığı möhkəmləndirmək üçün geniş təmsilçiliyin vacibliyinə diqqət çəkib və bu məqsədlə 51 nəfərlik komissiyanın yaradıldığını xatırladıb. İYİ Partiyanın isə üzv təqdim etməyəcəyini rəsmi olaraq bildirdiyini qeyd edib. Bugünkü iclasda əsas gündəliyin komissiyanın işinə dair üzvlərin təkliflərini dinləmək olduğu bildirilib.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli “Terrorsuz Türkiyə” prosesinin ilin sonuna qədər başa çatdırılacağını bəyan edib. O o, Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılan komissiyanın fəaliyyətini yüksək qiymətləndirdiklərini, bütün siyasi partiyaların bu prosesə dəstək verməsinin vacibliyini vurğulayıb.
Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” prosesi çərçivəsində yaradılan komissiyanın ilk iclası sona çatıb. İlk iclas yerli vaxtla saat 11:40-da (Bakı vaxtı ilə 12:40) başlayıb və 8 saat davam edib. Komissiyanın adı “Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası” olaraq müəyyənləşdirilib.
Girdiyimiz bu yol bizi güclü bir Türkiyəyə aparacaq. Bu səbəblə məsuliyyətimizin nə qədər böyük olduğunu bilirik. Dövlət ciddiyyətinə uyğun şəkildə bu yolda qətiyyətlə irəliləyirik. Millətimiz də mübarizəmizi yaxından izləməkdədir
Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” hədəfi çərçivəsində yeni komissiyanın yaradılması üçün hazırlıqlar başlayıb.
DEM Partiyası nümayəndə heyəti, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan ilə görüşmək məqsədilə İmralı Adasına səfər edib.
Türkiyə parlamentində yaradılacaq komissiya ilə bağlı siyasi partiyalar arasında fikir mübadiləsi aparılıb.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Parti) nümayəndə heyəti arasında görüş baş tutub.
PKK terror təşkilatının silah buraxma prosesinə başlaması ilə birlikdə diqqətlər Ankaranın növbəti addımlarına yönəlib.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli separatçı terror təşkilatı PKK-nın özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı yazılı açıqlama yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bu gün AK Partiya parlament qrupunun toplantısında çıxış edərək, şəhid əsgərləri ehtiramla andı və terrorla mübarizədə yeni mərhələyə daxil olunduğunu açıqlayıb.