1920 – Türkiyə Böyük Millət Məclisi İstanbulda ayrıca bir hökumətin qurulduğunu açıqladı.
#Türkiyə Böyük Millət Məclisi (TBMM)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində təşkil olunan 48-ci Beynəlxalq 23 Aprel Uşaq Şənliyinin qala proqramında çıxış edib. Dövlət başçısı dünya uşaqlarını Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edərək onlara sülh və xoşbəxtlik dolu bir həyat arzulayıb. Ərdoğan çıxışında bölgədə davam edən müharibələrin və zülmlərin ən ağır yükünü fələstinli və livanlı uşaqların çəkdiyini vurğulayaraq onlara xüsusi sevgi və salamlarını göndərib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu AK Partiyanın TBMM-dəki qrup toplantısından əvvəl jurnalistlərin suallarını cavablandırarkən Hörmüz boğazında qalan türk mülkiyyətindəki gəmilərin son vəziyyəti barədə məlumat verib. Nazir bildirib ki, hazırda boğazda Türkiyəyə məxsus 14 gəmi var və Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə onların ərazidən çıxarılması üçün işlər davam etdirilir. Uraloğlu vurğulayıb ki, hazırda gəmilərin çıxarılması üçün əlverişli imkan yaranmasa da, heyət üzvləri və kapitanlarla davamlı ünsiyyət saxlanılır.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Üç Dəniz Təşəbbüsü Parlament rəhbərlərinin Sammiti"ndə çıxış edib. Türkiyənin bu təşəbbüsə ilk dəfə "strateji tərəfdaş" statusunda qatılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Kurtulmuş, ölkəsinin nəqliyyat, enerji və kommunikasiya dəhlizlərinin inkişafına mütləq prioritet verdiyini bildirib.
Türkiyə Xarici işlər naziri Hakan Fidan və Milli müdafiə naziri Yaşar Gülər ABŞ və İsrailin İrana hücumları, Yaxın Şərqdə cərəyan edən hadisələr və Türkiyənin gördüyü tədbirlərlə bağlı 10 mart çərşənbə axşamı günü Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasını məlumatlandıracaq.
TBMM Sədri Numan Kurtulmuş Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə rəsmi sosial media hesabında anım mesajı yayımlayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Türkiyə Milliyətçi Hərəkat Partiyası sədri Devlet Bahçeli ilə parlamentdəki kabinetində bir araya gəlib. Təxminən 30 dəqiqə davam edən qapalı görüşdən sonra mətbuata açıqlama verən Kurtulmuş, bu ziyarətin əsas məqsədinin "Terrorsuz Türkiyə" hədəfi çərçivəsində yaradılan Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının işinə verdiyi dəstəyə görə Bahçeliyə təşəkkür etmək olduğunu bildirib. O, komissiyada təmsil olunan digər siyasi partiyaların rəhbərləri ilə də görüşlərini davam etdirəcəyini vurğulayıb.
Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan yerli geyiminə görə təhqirə məruz qalan Eskişehir vilayətinin Mihalgazi rayonunun bələdiyyə sədri Zeynep Güneş Akgünə dəstək nümayiş etdirib. Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısı çərçivəsində Zeynep Güneş Akgün ilə görüşüb.
Bayrağımıza uzanan o çirkli əlləri mütləq tapacağıq və bunun hesabını o xainlərdən soruşacağıq. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, AK Partiyanın Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısında çıxış edərkən bildirib. Dövlət bayrağına qarşı törədilən təxribatla bağlı sərt bəyanat verib. Ərdoğan qeyd edib ki, bayrağa yönəlmiş hücum cavabsız qalmayacaq.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç dövlət bayrağına qarşı törədilən hücumla bağlı aparılan istintaqın davam etdiyini və indiyədək 14 nəfərin saxlanıldığını açıqlayıb. AK Partiyanın Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən qrup toplantısında iştirak edən nazir Tunç toplantıdan öncə jurnalistlərə açıqlama verib. O bildirib ki, hazırda 105 nəfər barəsində saxlanılma qərarı, 50 nəfər barəsində isə axtarış (tutma) qərarı mövcuddur.
MHP sədri Devlet Bahçeli partiyasının TBMM-dəki qrup toplantısında çıxış edərək Suriyadakı son hadisələr və daxili təhlükəsizlik məsələləri ilə bağlı mühüm bəyanatlar verib. Bahçeli Dəməşq və Ankara arasındakı təhlükəsizlik əlaqəsinin strateji əhəmiyyətini vurğulayaraq Suriya xalqının birliyinin Türkiyə üçün vacib olduğunu bildirib. MHP lideri Suriyada baş verən son siyasi və hərbi dəyişikliklərin həm bölgə ölkələri, həm də Türkiyə üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd edib. "Dəməşqin təhlükəsizliyi Ankaranın təhlükəsizliyidir. Suriya xalqının səadəti, rifahı və birliyi Türk milləti ilə birdir və eynidir" deyən Bahçeli regiondakı sabitliyin birbaşa Türkiyənin milli maraqlarına təsir etdiyini vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib ki, 10 mart tarixli razılaşma çərçivəsində SDQ-nin (Suriya Demokratik Qüvvələri) qısa müddətdə Suriyanın yeni idarəetmə sisteminə inteqrasiya olunması vacibdir.