Türk Dövlətləri

Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) tərəfindən istehsal olunan "Denizhan-76" milli dəniz topunun atış sınaqları və zavod qəbul testləri uğurla başa çatıb. Sayca altıncı olan bu yeni dəniz topu, fevral ayında suya endirilən və tamamlandıqdan sonra Türkiyənin beşinci milli freqatı olacaq "AKDENİZ" gəmisində əsas silah (baş top) kimi xidmət edəcək.

ROKETSAN-ın baş direktoru Murat İkinci Türkiyənin müdafiə sənayesindəki cari layihələr və Çelik Kubbe sistemi ilə bağlı mühüm açıqlamalar verib. O, ROKETSAN-ın tankəleyhinə raketlərdən tutmuş ballistik və qanadlı raketlərə qədər bir çox sahədə kütləvi istehsalı sürətlə davam etdirdiyini bildirib. Murat İkinci xüsusilə ballistik raketlərin istehsal prosesinə toxunaraq qeyd edib ki, həm "TAYFUN" ballistik raketləri, həm də "SOM" qanadlı raketlərinin istehsalı və tədarükü 24 saatlıq iş rejimi ilə həyata keçirilir.

Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu İsrail vətəndaşlarının Yunanıstana məxsus Egey adalarında məskunlaşdırılması ilə bağlı müzakirələri kəskin tənqid edərək, bu təşəbbüsü "xəstə təfəkkürün məhsulu" adlandırıb. Nazir bu cür addımların Türkiyə və ŞKTR-ni geosiyasi cəhətdən mühasirəyə almaq məqsədi daşıdığını və genişmiqyaslı strateji planın tərkib hissəsi olduğunu vurğulayıb.

İran milli futbol komandası Dünya Çempionatı öncəsi hazırlıq çərçivəsində Türkiyədə təlim-məşq toplanışı keçir. Komanda qarşıdakı yoxlama oyunlarına hazırlaşmaq üçün Türkiyənin cənubunda yerləşən Antalya şəhəri yaxınlığındakı Belek bölgəsində məşqlərini davam etdirir.

Türkiyənin Milli Müdafiə Nazirliyi Türk Silahlı Qüvvələrinin arsenalına yeni hərbi texnikaların daxil edildiyini açıqlayıb. Eyni zamanda müəyyən sayda AKSUNGUR pilotsuz uçuş aparatı və CATS elektro-optik/infraqırmızı müşahidə sisteminin qəbul və yoxlama prosesinin başa çatdığı bildirilib. Bununla da silahlı qüvvələrin arsenalında bu tip sistemlərin sayı ən azı üçə çatıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi NATO-nun İraq Missiyasının geri çəkilməsi barədə qərar qəbul edildiyini açıqlayıb. Bildirilib ki, bu qərar çərçivəsində İraqın paytaxtı Bağdadda xidmət edən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti uğurla ölkəyə təxliyə olunub. Eyni zamanda, NATO-nun geri çəkilmə planı çərçivəsində müttəfiq ölkələrin hərbçilərinin təxliyəsinə də Türkiyə tərəfindən dəstək göstərilib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran STRATCOM Zirvəsi ilə bağlı sosial media hesabında paylaşım edib. Duran qeyd edib ki, Prezident Administrasiyasının Kommunikasiya idarəsinin əsas məqsədi strateji kommunikasiyanın imkanlarından istifadə edərək beynəlxalq əməkdaşlığı gücləndirmək və ortaq düşüncəni təşviq etməkdir.

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların gücü 4,3 maqnituda (Mw) təşkil edib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Qara dənizdə xam neft daşıyan tankerin vurulması ilə bağlı mühüm detalları açıqlayıb. Nazir qeyd edib ki, Rusiyadan neft yükləyən və xarici bayraq altında üzən gəminin operatorları türklərdir. "PUA deyil, pilotsuz dəniz aparatı ilə vurulduğunu düşünürük" - deyə Uraloğlu qeyd edib.

İstanbul Boğazından 15 mil məsafədə, Qara dəniz sularında xam neft daşıyan Türkiyəyə məxsus "ALTURA" tankerinə pilotsuz uçuş aparatı (PUA) isabət edib. İstanbul mərkəzli "Pergamon Denizcilik" şirkətinə məxsus olan və 140 min ton neft yükləyən gəmidə güclü partlayış baş verib. Hadisə nəticəsində tankerin həm göyərtəsinə, həm də maşın bölməsinə ciddi ziyan dəyib. Verilən məlumata görə, gəmi maşın bölməsindən su almağa başlayıb. Hadisə yerindən gələn təcili yardım çağırışından sonra Sahil Mühafizə xidməti və "Nene Hatun" təcili müdaxilə gəmisi dərhal əraziyə cəlb olunub. Sevindirici haldır ki, gəmidəki 27 nəfərlik türk heyəti arasında xəsarət alan olmayıb və dənizçilərin sağlamlıq vəziyyəti yaxşıdır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə telefon danışığı aparıb. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, müzakirələrin əsas mövzusu müharibənin dərhal dayandırılması və qlobal tədarük zəncirlərinin qorunması olub. Hakan Fidan və Çinli həmkarı Van İ arasında keçirilən görüşdə aşağıdakı strateji məqamlar vurğulanıb: