Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    İsveçrədə İran–ABŞ danışıqları başladı

    21 İyun 2026 16:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsveçrədə İran–ABŞ danışıqları başladı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    İran və ABŞ nümayəndə heyətləri arasında mühüm danışıqlar İsveçrənin Bürgenştok qəsəbəsində başlayıb. Görüşlərdə vasitəçi qismində Qətər və Pakistan nümayəndələri də iştirak edirlər.

    Diplomatik təmaslar regionda gərginliyin azaldılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir. Danışıqlar öncəsi həm Tehran, həm də Vaşinqton diplomatik mesajlar verib. Eyni zamanda, İsrail mətbuatında yayılan məlumatlara görə, ABŞ administrasiyası Təl-Əvivə gərginliyin azaldılması ilə bağlı çağırış edib. İran tərəfi isə Livan məsələsinin razılaşmanın ayrılmaz hissəsi olduğunu vurğulayıb.

    Qətər Xarici İşlər Nazirliyi görüşlərin başlanması ilə bağlı yaydığı açıqlamada tərəflər arasında əldə olunmuş anlaşma memorandumunda əks olunan bütün məsələləri əhatə edən hərtərəfli və uzunmüddətli razılaşmanın yekunlaşdırılacağına ümid etdiyini bildirib.

    İsveçrədə keçirilən danışıqların əsas gündəm mövzularından biri Livandakı vəziyyətdir. Bununla yanaşı, İranın dondurulmuş maliyyə aktivləri, neft satışı və digər iqtisadi məsələlərin də müzakirə olunacağı gözlənilir.

    İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İsrail Livanla bağlı üzərinə götürdüyü öhdəlikləri pozmağa davam edir və bu məsələ bugünkü danışıqların əsas mövzusu olacaq.

    Dağlıq ərazidə yerləşən Bürgenştokdakı xüsusi kompleksdə keçirilən görüşlər çərçivəsində İran və ABŞ nümayəndələri Pakistan və Qətərin vasitəçiliyi ilə bir araya gəlirlər.

    Danışıqların formatı barədə məlumat verən İsmayıl Bəqayi bildirib ki, səhər saatlarında vasitəçilərlə ayrı-ayrı görüşlər keçiriləcək, günün ikinci yarısında isə dörd ölkənin nümayəndə heyətlərinin eyni zalda iştirak etdiyi birgə iclas təşkil olunacaq.

    Bu arada İran mətbuatında yayılan məlumatlarda Hörmüz boğazının taleyi ilə bağlı diqqətçəkən iddialar səsləndirilib.

    İranın "Təsnim" xəbər agentliyinə danışan və adı açıqlanmayan mənbənin sözlərinə görə, əgər İsrailin Livana qarşı hərbi əməliyyatları davam edərsə və Livanın ərazi bütövlüyü ilə bağlı təminatlar verilməzsə, Tehran digər məsələlər üzrə danışıqları davam etdirməyəcək.

    Mənbə bildirib ki, əldə olunmuş memorandumun 13-cü maddəsinə əsasən, ABŞ sənədin 1-ci maddəsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi halda, 5-ci maddənin icrası da qüvvəyə minməyəcək. Onun sözlərinə görə, bu vəziyyət Hörmüz boğazının yenidən açılmasının baş tutmayacağı anlamına gəlir.

    Məlumata görə, memorandumda Hörmüz boğazının açılması üçün bir sıra ilkin şərtlər müəyyənləşdirilib. Həmin şərtlər arasında İranın dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsinin azad edilməsi və Qətərlə əldə edilmiş razılaşma çərçivəsində bu prosesin ilkin mərhələdə həyata keçirilməsi yer alır.

    Adı açıqlanmayan İran rəsmisi əlavə edib ki, sənədin 1-ci maddəsinin icrası çərçivəsində bütün cəbhələrdə, xüsusilə də Livanda hərbi əməliyyatların dayandırılması, tətbiq olunan blokadanın tam aradan qaldırılması, həmçinin İranın neft, neft-kimya məhsulları və onların törəmələrinin satışına yönəlmiş sanksiyalardan azadolmaların verilməsi də əsas şərtlər sırasındadır.

    Tərəflər arasında aparılan danışıqların nəticələri Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti, enerji bazarları və beynəlxalq ticarət marşrutlarının gələcək fəaliyyəti baxımından mühüm əhəmiyyət daşıyır.

    #İran ABŞ danışıqları #Hörmüz boğazı #sanksiyaların ləğvi #sanksiyaların yumşaldılması #İran ABŞ Pakistan Qətər #Livan münaqişəsi #İsrailin Livanı işğalı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hörmüz boğazına alternativ tapıldı - İraq vasitəsilə quru yükdaşımalarında rekord artım qeydə alınıb

    23 Avqust 2026 12:57

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    21 Avqust 2026 20:57

    İran Hərbi Dəniz Qüvvələri strateji boğazlarla bağlı hazırlığını açıqlayıb

    21 Avqust 2026 19:55

    Oman və Yaponiya Hörmüz boğazının açılması üçün səylərin gücləndirilməsinə çağırıb

    20 Avqust 2026 21:57

    ABŞ İrana qarşı dəniz mühasirəsi ilə bağlı yeni rəqəmlər açıqlayıb

    20 Avqust 2026 21:14

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    ABŞ qüvvələri may ayından bəri Hörmüz boğazından 1300 gəminin keçidinə yardım edib

    20 Avqust 2026 19:42

    Heç bir ölkə dəniz yollarında sərbəst hərəkətə mane ola bilməz - Misir

    20 Avqust 2026 18:23

    Qətərin xarici işlər naziri Hörmüz boğazında “şantaja” son qoymağa çağırıb

    20 Avqust 2026 18:09

    Səudiyyə Ərəbistanı strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsini istəyir

    19 Avqust 2026 21:11
    XƏBƏR LENTİ

    Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər

    Şimali Afrikanın azad və həzin səsi - Suad Massi kimdir?

    Ən uzunömürlü qadın Ethel Ketrhamdan həyatla bağlı tövsiyyələr

    Özbəkistan və Azərbaycan ikitərəfli münasibətləri tarixdə ən yüksək səviyyəyə çatdırıblar – Prezident Şavkat Mirziyoyev

    Özbəkistan Vaşinqtonda liderlərin tarixi görüşünü Prezident İlham Əliyevin şəxsi diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirir – Prezident Şavkat Mirziyoyev

    Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub - Prezident İlham Əliyev

    Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir - Prezident İlham Əliyev

    İman və etiqad arasında fərq nədir?

    Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

    Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.