Qazaxıstanda yenidən canlanan və qısa müddətdə digər türk dövlətlərinə yayılan qədim "Qartal rəqsi" sosial mediada yeni trendə çevrilib. Unudulmaqda olan, lakin Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan qazaxlar tərəfindən qorunub saxlanılan bu qədim rəqs növü rəqəmsal platformalar vasitəsilə geniş kütlələrə çatıb. Qartalın uçuşunu xatırladan qeyri-adi xoreoqrafiyası ilə diqqət çəkən rəqs, Qazaxıstanın "Alatau Serileri" ənənəvi musiqi qrupunun "Has jüyrikte sın olmas" adlı əsərinin müşayiəti ilə paylaşılan videolardan sonra populyarlıq qazanıb. İlk olaraq qazax gənclərinin milli geyimlərdə nümayiş etdirdiyi bu rəqs qısa zamanda Azərbaycan, Türkiyə, Qırğızıstan və Özbəkistan başda olmaqla bütün türk dünyasında sürətlə yayılıb.
Türk Dövlətləri
Türkiyənin xarici işlər naziri Hakan Fidan 29 mart 2026-cı il tarixində İslamadabda pakistanlı həmkarı, Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb. Danışıqlar zamanı tərəflər Türkiyə və Pakistan arasındakı strateji münasibətlərin gücləndirilməsi, eləcə də Yaxın Şərqdə, xüsusən ABŞ-İsrail-İran münaqişəsi fonunda yaranmış gərginliyin azaldılması yollarını müzakirə ediblər. Hər iki nazir regionda sülh və sabitliyin bərpası üçün dialoq, diplomatiya və koordinasiyalı fəaliyyətin yeganə çıxış yolu olduğunu vurğulayıblar. Məlumata görə, toplantıda Türkiyə və Pakistanla yanaşı, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri də iştirak edir.
Türkiyənin müdaxiləsi nəticəsində MOSSAD-ın İraqdakı terror qruplaşmalarını İrana qarşı istifadə etmək planı iflasa uğrayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Denis Beçiroviç ilə görüş keçirib. Görüş zamanı Türkiyə ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən STRATCOM 2026 beynəlxalq sammitindəki çıxışında Yaxın Şərqdəki gərginliklə bağlı kəskin xəbərdarlıqlar edib. Hakan Fidan qeyd edib ki, hazırkı eskalasiya İsrailin ekspansionist siyasəti və Benyamin Netanyahunun siyasi sağ qalma cəhdləri üzərində qurulub. "Bu, İsrailin seçdiyi müharibə ola bilər, lakin bədəlini bütün dünya ödəyir", - deyə nazir vurğulayıb. O, həmçinin İranın Körfəz ölkələrinə təsir edən addımlarının da riskli olduğunu və Türkiyənin region dövlətlərini dağıdıcı münaqişəyə sürükləyən istənilən ssenarini rədd etdiyini diqqətə çatdırıb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç ilə İstanbulda görüşüb. Dolmabağça Ofisində baş tutan rəsmi qarşılanma mərasimindən sonra liderlər arasında təkbətək görüş keçirilib. Görüşdə iki ölkə arasındakı strateji münasibətlər, regional təhlükəsizlik məsələləri və iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub. Təkbətək danışıqlardan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşün işçi nahar formatında davam etdirilməsi nəzərdə tutulub.
Türkiyə Əməkdaşlıq və Kooperasiya Agentliyi (TİKA) və "Türkiye Teknoloji Takımı" Fondu (T3 Fondu) Şimali Makedoniyanın paytaxtında "Elm Skopye" (Bilim Üsküp) innovasiya mərkəzinin yaradılması layihəsinə start verib.
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammitində (STRATCOM) regiondakı hərbi-siyasi vəziyyətlə bağlı mühüm bəyanatlar verib. MİT rəhbəri ABŞ, İsrail və İran arasında davam edən müharibənin regional fəsadlarına toxunaraq, Türkiyənin sülh naminə göstərdiyi səyləri diqqətə çatdırıb. O bildirib ki, rəsmi Ankara münaqişənin bütün bölgəyə yayılmaması və qlobal böhrana çevrilməməsi üçün gecə-gündüz fəaliyyət göstərir. İ.Kalın vurğulayıb ki, regionda xalqlar arasında onilliklərlə davam edəcək düşmənçilik toxumu səpilməyə çalışılır.
Türkiyə Milli Müdafiə Nazirliyi Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə yaranan dreyf edən mina və pilotsuz vasitə təhdidlərinə qarşı həyata keçirilən genişmiqyaslı fəaliyyətlər barədə açıqlama verib. Türkiyənin rəhbərliyi, Rumıniya və Bolqarıstanın iştirakı ilə yaradılan "Qara dənizdə Minalara Qarşı Tədbirlər üzrə Əməliyyat Qrupu"nun (MCM Black Sea) fəaliyyəti çərçivəsində təhlükəsizlik tədbirləri fasiləsiz davam etdirilir.
İstanbul mərkəzli olmaqla 13 vilayətdə qanunsuz mərc oyunları təşkil edən şəbəkəyə qarşı keçirilən əməliyyat nəticəsində 24 şübhəli saxlanılıb. İstintaq materiallarına görə, saxlanılan şəxslər 2023-2025-ci illər ərzində qanunsuz mərc saytları vasitəsilə 1 milyard 200 milyon türk lirəsi (təxminən 62 milyon manat) məbləğində haqsız qazanc əldə ediblər.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Beynəlxalq Strateji Kommunikasiya Sammitində (Stratcom) çıxış edərək, dünya nizamının hazırkı vəziyyəti, regionda davam edən müharibələr və informasiya cəbhəsindəki mübarizə barədə mühüm mesajlar verib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya İqtisadi Forumunun (WEF) və "BlackRock" investisiya şirkətinin rəhbəri Lourens Duqlas Finki qəbul edib. İstanbuldakı Dolmabağça İşçi Ofisində mətbuata qapalı şəraitdə keçirilən görüşdə qlobal iqtisadiyyatdakı son meyllər və investisiya imkanları müzakirə olunub. Qəbulda Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, həmçinin Dünya İqtisadi Forumunun yüksək səviyyəli rəhbəri Alois Tsvinqqi də iştirak ediblər.