Şimali Kipr

Kipr problemi və ŞKTC-nin xarici siyasəti ilə bağlı bütün addımlar Türkiyə ilə məsləhətləşmələr çərçivəsində atılır və bu proses bundan sonra da davam edəcək. Bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Ərhürman bildirib. ŞKTC lideri bu fikirləri "Antalya Diplomasi Forumu (ADF) 2026"-da iştirakı çərçivəsində "Anadolu" agentliyinin müxbirinə verdiyi müsahibədə səsləndirib.

Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu İsrail vətəndaşlarının Yunanıstana məxsus Egey adalarında məskunlaşdırılması ilə bağlı müzakirələri kəskin tənqid edərək, bu təşəbbüsü "xəstə təfəkkürün məhsulu" adlandırıb. Nazir bu cür addımların Türkiyə və ŞKTR-ni geosiyasi cəhətdən mühasirəyə almaq məqsədi daşıdığını və genişmiqyaslı strateji planın tərkib hissəsi olduğunu vurğulayıb.

Kipr Türk xalqının ilk dəfə dövlət quruculuğu təcrübəsi qazandığı siyasi qurum – Kipr Türk Federe Dövləti – 13 fevral 1975-ci ildə elan edilib. 1974-cü il hadisələrindən sonra formalaşan yeni siyasi reallıq çərçivəsində Kipr Türk tərəfi çoxpartiyalı parlament sisteminə keçid və federativ əsasda idarəetmə modelinin qurulması istiqamətində addımlar atıb. Bu proses 1983-cü ildə Şimali Kipr Türk Cumhuriyətinin elanına qədər davam edən dövlətçilik mərhələsinin əsasını təşkil edib.

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler, Livan ilə Cənubi Kipr Rum İdarəsi (GKRY) arasında imzalanan dəniz səlahiyyət zonalarının məhdudlaşdırılması anlaşmasına sərt reaksiya göstərib. O bildirib ki, bu razılaşma Kipr türklərinin hüquqlarını pozur və Rum tərəfinin beynəlxalq alanda imzaladığı heç bir anlaşmanı qəbul etmədiklərini vurğulayıb. Öztürkler yazılı açıqlamasında qeyd edib ki, anlaşma adadakı siyasi reallıqları nəzərə almayan tək tərəfli addımdır və bölgədə gərginliyi artırır.

Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Prezidenti Tufan Ərhürman, Türkiyə Prezidentinin dəvəti ilə ilk xarici səfərini Ankaraya edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbəri Burhanəddin Duran məlumat verib. “KKTC Prezidenti Tufan Ərhürman, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında ilk xarici səfərini 13 noyabr 2025-ci ildə Türkiyəyə həyata keçirəcək. Ziyarət çərçivəsində keçiriləcək görüşlərdə Kipr məsələsi ilə bağlı aktual məsələlər müzakirə olunacaq, Türkiyə-KKTC münasibətləri bütün aspektləri ilə dəyərləndiriləcək.”- deyə açıqlamada bildirilib.