Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə gəmisi PUA hücümuna məruz qalıb

    26 Mart 2026 09:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə gəmisi  PUA hücümuna məruz qalıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    İstanbul Boğazından 15 mil məsafədə, Qara dəniz sularında xam neft daşıyan Türkiyəyə məxsus "ALTURA" tankerinə pilotsuz uçuş aparatı (PUA) zərbə endirilib. İstanbul mərkəzli "Pergamon Denizcilik" şirkətinə məxsus olan və 140 min ton neft yükləyən gəmidə güclü partlayış baş verib.

    VOA xəbər verir ki,hadisə nəticəsində tankerin həm göyərtəsinə, həm də maşın bölməsinə ciddi ziyan dəyib. Verilən məlumata görə, gəmi maşın bölməsindən su almağa başlayıb. Hadisə yerindən gələn təcili yardım çağırışından sonra Sahil Mühafizə xidməti və "Nene Hatun" təcili müdaxilə gəmisi dərhal əraziyə cəlb olunub. Sevindirici haldır ki, gəmidəki 27 nəfərlik türk heyəti arasında xəsarət alan olmayıb və dənizçilərin sağlamlıq vəziyyəti yaxşıdır.

    Hadisənin ən diqqətçəkən tərəfi gəminin keçmişi və üzərindəki beynəlxalq sanksiyalardır. Rusiyanın Novorossiysk limanından yola düşən bu tanker Ukrayna-Rusiya müharibəsi fonunda ardıcıl olaraq Avropa İttifaqı, İsveçrə, Ukrayna və son olaraq 24 fevral 2026-cı ildə Böyük Britaniyanın ağır sanksiya siyahılarına daxil edilib. Gəmi 2024-cü ildə "Kayseri", 2025-ci ilin noyabrında isə "ALTURA" adını alaraq fəaliyyətini davam etdirib.

    Hazırda gəmiyə müdaxilə davam edir və hadisənin birbaşa hərbi hücum olub-olmaması ilə bağlı rəsmi qurumlar hələlik yekun bəyanat yaymayıblar. Qara dənizdə gərginliyin pik həddə çatdığı bir vaxtda baş verən bu hadisə həm ekoloji təhlükə, həm də regional təhlükəsizlik baxımından böyük narahatlıq doğurur.

    #PUA #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Pilotsuz uçuş aparatı (PUA) #Ukrayna Rusiya müharibəsində vasitəçi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    Zelenki Çin kartına ümid edir: Ukrayna-Rusiya müharibəsinin dayandırılmasında Pekinin rolu arta bilər

    26 Avqust 2026 10:50

    Üsamə bin Ladeni öldürən hərbiçidən UFO ilə bağlı iddia: “Bunlar ABŞ-nin gizli PUA-larıdır”

    26 Avqust 2026 10:06

    NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir - Peskov

    25 Avqust 2026 14:49

    Moskva səmasında 28 dron vurulub - Rusiya

    20 Avqust 2026 11:48

    Britaniya Ukrayna böhranını qəsdən gərginləşdirir - Rusiya

    18 Avqust 2026 11:23

    Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

    17 Avqust 2026 20:23

    Ukraynadan İrana qədər - Müasir müharibələrin niyə qalibi yoxdu?

    16 Avqust 2026 06:00

    İsrail Livanın cənubundakı Meyfadun qəsəbəsinə PUA zərbəsi endirib

    6 Avqust 2026 20:01

    Yəməndə düşərgələrə raket və PUA hücumu - çoxsaylı itki olduğu bildirilir

    6 Avqust 2026 18:01

    Ceyhun Bayramov Ukraynada yerli istehsal PUA-ların sərgisi ilə tanış olub

    6 Avqust 2026 11:30

    Çin ABŞ-yə qarşı yeni sanksiyalar tətbiq edib

    5 Avqust 2026 14:52
    XƏBƏR LENTİ

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.