Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə dünyada 76 mm-lik dəniz topu istehsal edən nadir ölkələr sırasına daxil olub – MKE

    27 Mart 2026 15:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə dünyada 76 mm-lik dəniz topu istehsal edən nadir ölkələr sırasına daxil olub – MKE
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) tərəfindən istehsal olunan "Denizhan-76" milli dəniz topunun atış sınaqları və zavod qəbul testləri uğurla başa çatıb.

    VOA xəbər verir ki, sayca altıncı olan bu yeni dəniz topu, fevral ayında suya endirilən və tamamlandıqdan sonra Türkiyənin beşinci milli freqatı olacaq "AKDENİZ" gəmisində əsas silah (baş top) kimi xidmət edəcək.

    Yüksək texnoloji göstəriciləri ilə diqqət çəkən "Denizhan-76" dəqiqədə 80 atış etmə qabiliyyətinə malikdir. 16 kilometrə qədər təsirli atış imkanı təmin edən bu sistem, təkcə atış performansı ilə deyil, həm də aşağı radar izinə malik dizaynı və çoxfunksiyalı döyüş qabiliyyəti ilə seçilir. Silah həm hava hücumundan müdafiə, həm də suüstü və sahil hədəflərinə qarşı effektiv istifadə oluna bilir.

    MKE dünyada yalnız bir neçə ölkənin inkişaf etdirə bildiyi 76 millimetrlik dəniz topunu 12 ay kimi rekord bir müddətdə istehsal etməyi bacarıb. Türkiyə bu strateji silahı ötən il həm də ixrac etməyə başlayıb. Artıq İndoneziya və Rumıniyaya "Denizhan-76" sistemlərinin satışı həyata keçirilib. Hazırda bu milli silah sistemi Türkiyənin dəniz sərhədlərini ("Mavi Vətən") qoruyacaq yeni freqatların əsas güc mənbəyinə çevrilib.

    #Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) #Denizhan-76
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    22 Avqust 2026 14:05

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    22 Avqust 2026 13:08

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Türkiyədən Netanyahu barədə qırmızı bülleten tələbi: Sumud Donanması işi üzrə proses genişlənir

    21 Avqust 2026 16:21

    Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir - Səudiyyə Ərəbistanlı general

    21 Avqust 2026 14:54

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

    21 Avqust 2026 09:24

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib

    20 Avqust 2026 14:13

    93 il əvvəl Danimarka Erzurum və Karsda süd sənayesi qurmaq istəyib

    20 Avqust 2026 14:09

    Türkiyənin tam elektrikli zirehli daşıyıcısı E-ZPT sınaqlardan uğurla keçib

    16 Yanvar 2026 14:56
    XƏBƏR LENTİ

    Mərkəzi Bank niyə Efiopiya valyutasını xilas edə bilmədi?

    Astanada Kurultaya seçkilər üzrə səsvermə keçirilir

    ABŞ Afrikada neft strategiyasını genişləndirir?

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.