BAKI,VOA, Fərid Mikayılov
İran milli futbol komandası Dünya Çempionatı öncəsi hazırlıq çərçivəsində Türkiyədə təlim-məşq toplanışı keçir.
VOA xəbər verir ki, komanda qarşıdakı yoxlama oyunlarına hazırlaşmaq üçün Türkiyənin cənubunda yerləşən Antalya şəhəri yaxınlığındakı Belek bölgəsində məşqlərini davam etdirir.
Məlumata görə, məşqlər məhdud media iştirakı ilə keçirilir.
Rəsmi şəxslər bildiriblər ki, əsas məqsəd komandanı diqqət yayındıran amillərdən uzaq tutaraq vacib hazırlıq prosesini daha səmərəli aparmaqdır.
İran yığması Dünya Çempionatı öncəsi iki yoxlama oyunu keçirməyi planlaşdırır.