#Yaxın Şərq

Küveyt Beynəlxalq Hava Limanında baş verən dron hücumu regionda gərginliyin daha da artdığını göstərir. Rəsmi mənbələrə görə, İran və onun müttəfiqləri tərəfindən həyata keçirildiyi bildirilən hücum nəticəsində hava limanında yerləşən yanacaq çəni vurulub və güclü yanğın baş verib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn Şeyx ilə paytaxt Ankarada bir araya gəlib. Görüşdə regional vəziyyət, Fələstin məsələsi və ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlərin müzakirə olunduğu ehtimal edilir.

ABŞ prezidenti Donald Tramp İranla bağlı gərginlik fonunda müttəfiqlərə sərt mesaj ünvanlayıb. O qeyd edib ki, Vaşinqton bu ölkələrə artıq dəstək verməyəcək. Bu bəyanat ABŞ-ın müttəfiqləri ilə enerji və təhlükəsizlik sahəsində münasibətlərində yeni gərginlik yarada biləcək mesaj kimi qiymətləndirilir.

İsrailin Baş naziri Benyamin Netanyahu müharibə fonunda qəbul edilən yeni dövlət büdcəsi ilə bağlı açıqlama verib. Baş nazir qeyd edib ki, büdcə çərçivəsində təhlükəsizlik sahəsinə əlavə təxminən 8,6 milyard ABŞ dolları ayrılıb və bu vəsait ordunun və müdafiə sisteminin gücləndirilməsinə yönəldiləcək.

Ukrayna Prezidenti Volodimir Zelenskiyə Yaxın Şərq turnesi çərçivəsində İsrail tərəfindən səfər dəvətinin verilmədiyi iddia olunur. Məlumatda qeyd edilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu iki həftə əvvəl Zelenski ilə telefon danışığı aparmaq istəsə də, bu əlaqə baş tutmayıb.

İsrail ordusu İranın Yəzd şəhərində həyata keçirdiyi hava zərbəsi ilə dəniz raketləri və minaları istehsal edən mühüm bir obyekti hədəfə aldığını iddia edib. İsrail tərəfi hücumun hərbi və dəniz kəşfiyyat qurumlarının birgə fəaliyyəti nəticəsində həyata keçirildiyini və İranın dəniz hərbi potensialına ciddi zərbə vurulduğunu iddia edir

Türkiyədə bu il beşinci dəfə keçiriləcək Strateji Kommunikasiya Zirvəsində (STRATCOM) Yaxın Şərqdəki müharibə və beynəlxalq sistemdə baş verən dəyişikliklər geniş müzakirə olunacaq. Tədbirdə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, eləcə də 10 ölkədən 11 nazir və 60-dan çox yüksək səviyyəli rəsmi iştirak edəcək.

İran, İsraildə və ABŞ-nin regiondakı hərbi obyektlərinə qarşı raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb. Açıqlamada qeyd olunub ki, İsrailin şimalında yerləşən Safed şəhərindəki hərbi qərargah, həmçinin Tel-Əviv, Kiryat Şmona və Bney Brak şəhərlərindəki hədəflər raket və PUA zərbələrinə məruz qalıb.

İraqın Baş naziri Məhəmməd Şiə Əl-Sudani Bağdadda kəşfiyyat qərargahına edilən dron hücumunu pisləyərək bunu “qorxaq silahlı qrupun terror aktı” adlandırıb. Sudani bildirib ki, bu hadisə hökumətlə silahlı qruplar arasında dialoq imkanlarını faktiki olaraq aradan qaldırır. Onun sözlərinə görə, bəzi qruplar ABŞ-ın İraqdakı maraqlarına qarşı hücumları İranla həmrəylik adı altında davam etdirir.