#Tehran

Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edərək 28 fevraldan bəri davam edən münaqişə fonunda əldə olunan atəşkəsdən məmnunluğunu ifadə edib. Ərdoğan atəşkəsin sahədə tam və düzgün şəkildə tətbiq edilməsinin vacibliyini vurğulayaraq, mümkün təxribat və sabotaj cəhdlərinə imkan verilməməsinin önəmini qeyd edib.

İran mediası gələn cümə günü Pakistanın paytaxtı İslamabadda Amerika Birləşmiş Ştatları ilə keçiriləcək tarixi danışıqlarda Tehranı təmsil edəcək şəxsin adını açıqlayıb. Eyni mənbələrin məlumatına görə, ABŞ tərəfini danışıqlarda vitse-prezident Cey Di Vens (JD Vance) təmsil edəcək. Bu, müharibənin başlanmasından bəri hər iki ölkənin ən yüksək səviyyəli rəsmiləri arasında keçiriləcək ilk birbaşa görüş olacaq.

İran parlamenti sədrinin müavini Əli Nikzad ABŞ ilə aparılan danışıqlarda İranın təqdim etdiyi 10 maddəlik təklifin qəbul edilməyəcəyi halda razılaşmanın baş tutmayacağını bildirib. Bildirilib ki, İranın irəli sürdüyü əsas tələblər arasında hərbi əməliyyatların tam dayandırılması, ABŞ qüvvələrinin regiondan çıxarılması, Hörmüz boğazı üzərindən keçid məsələlərinin tənzimlənməsi, sanksiyaların ləğvi və ölkəyə dəyən zərərin kompensasiyası yer alır.

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampın İranla bağlı irəli sürdüyü 2 həftəlik atəşkəs təşəbbüsünü dəstəklədiklərini bildirib. Netanyahu əlavə edib ki, İsrail tərəfi ABŞ-ın İranla bağlı hərbi əməliyyatları 2 həftəlik müddətə dayandırmasını yalnız Tehranın Hörmüz boğazını açması və atəşkəsə razı olması şərti ilə qəbul edir.

BAKI,VOA, Fərid Mikayılov ABŞ Prezidenti Donald Tramp İrana qarşı verdiyi ultimatumun müddəti bitmək üzrə ikən dünya ictimaiyyətini sarsıdan növbəti bəyanatla çıxış edib. VOA xəbər verir ki, Ağ Ev rəhbəri bu gecə İranın hərbi və mülki infrastrukturuna qarşı həyata keçiriləcək mümkün zərbələrin miqyası barədə ən sərt xəbərdarlığını edib.

İran məhkəmə orqanlarının məlumatına əsasən, hərbi obyektə hücum cəhdində ittiham olunan Əli Fəhim edam olunub. Bununla yanaşı, beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Amnesty International, edamları tənqid edərək onları qeyri-insani adlandırıb və bəzi etirafların işgəncə yolu ilə alındığını iddia edib.

Bu prosesdə Azərbaycanın rolu təkcə yardım göndərən ölkə kimi məhdudlaşmır. Azərbaycan, eyni zamanda, Rusiyanın humanitar yüklərinin İrana çatdırılmasında mühüm tranzit və logistik mərkəz funksiyasını yerinə yetirərək regionda etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. 300 tondan artıq yükün Azərbaycan üzərindən operativ şəkildə ötürülməsi ölkənin infrastruktur imkanlarının və koordinasiya qabiliyyətinin yüksək səviyyədə olduğunu təsdiqləyir.