İraqın Bəsrə vilayət rəhbərliyi, Şələmçə sərhəd-keçid məntəqəsinin İran tərəfinin hücuma məruz qalmasından sonra burada həm ticarət dövriyyəsinin, həm də sərnişin daşınmasının tamamilə dayandığını elan edib.
#Tehran
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən ABŞ səfirliyinə dron hücumu ilə bağlı məsuliyyəti rədd edib. Bu bəyanat The Wall Street Journal qəzetinin yaydığı və hücumun Səudiyyə rəsmilərinin açıqladığından daha ciddi nəticələrə səbəb olduğunu iddia edən materialdan sonra verilib.
İranda müxalif qrupla əlaqəli olduğu bildirilən iki nəfər edam edilib. İran məhkəmə sistemi bildirib ki, Ali Məhkəmənin hökmü təsdiqləməsindən sonra şəxslər barəsində çıxarılan edam qərarı icra olunub. Məlumata əsasən, onlar Tehranda fəaliyyət göstərən müxalif “Mücahidini-Xalq” təşkilatı ilə əlaqəli olublar.
İranın keçmiş xarici işlər naziri Cavad Zərif ölkəsini "qələbə elan etməyə və həm bu münaqişəni bitirən, həm də növbətisinin qarşısını alan bir sövdələşməyə" çağırıb. Uzun illər İranın nüvə proqramı üzrə ABŞ və digər dövlətlərlə apardığı danışıqların əsas siması olan Zərif, Tehran üçün əlverişli şərtlərlə ABŞ və İsrail ilə müharibəni dayandırmağın yollarını cızan bir "yol xəritəsi" təqdim edib.
İran ABŞ-a məxsus ikinci F-35 qırıcı təyyarəsini vurduğunu iddia edib, lakin Vaşinqton bu məlumatları şübhə altına alır. İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli Fars Xəbər Agentliyinin yaydığı məlumata görə, ABŞ-a məxsus F-35 qırıcı təyyarəsi ölkənin mərkəzi əraziləri üzərində uçuş zamanı vurulub.
ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində İranın mərkəzi və cənub-qərb bölgələrində yerləşən iri polad kompleksləri zərər görüb. İsfahan vilayətində yerləşən “Mobarakeh Steel Company” kompleksində istehsal bölmələrinə ciddi ziyan dəyib və geniş dağıntılar qeydə alınıb.
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirib ki, müharibə nəticəsində gündəlik təxminən 12 milyon barel neft tədarükü itirilib. Birol qeyd edib ki, artıq regionda 40-a yaxın mühüm enerji infrastrukturu zədələnib və bu, qlobal enerji bazarına ciddi təsir göstərir.
İnsan haqları təşkilatı "Access Now" tərəfindən yayımlanan yeni hesabatda İranın internet məhdudiyyətləri tətbiq etmək üçün "qeyri-adi dərəcədə mürəkkəb" və daha əhatəli metodlara əl atdığı bildirilir. Təşkilatın məlumatına görə, rəsmi Tehran bu yolla ölkə daxilində informasiya axınını tamamilə nəzarətə götürməyə çalışır.
ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bəyan edib. Qeyd olunur ki, ABŞ rəhbərliyi boğazın açılması üçün genişmiqyaslı hərbi əməliyyatların 4–6 həftəlik planlaşdırılan müddətdən daha uzun çəkəcəyini hesab edir və bu səbəbdən alternativ variantlara üstünlük verir. Bununla yanaşı, Vaşinqton Avropa və Körfəz müttəfiqlərini prosesə cəlb etməyi nəzərdən keçirir.
Ağ Ev İranla pərdəarxası aparılan danışıqlarda mühüm irəliləyişin olduğunu bəyan edib. Rəsmi məlumata görə, Tehran tərəfi münaqişəni sonlandırmaq üçün ABŞ administrasiyasının irəli sürdüyü bəzi strateji bəndlər və şərtlərlə razılaşıb.ABŞ rəsmiləri vurğulayıblar ki, qapalı qapılar arxasında keçirilən görüşlərdə əldə olunan bu razılıqlar İran rejimindəki "mötədil ünsürlərin" hərbi və iqtisadi dağıntıları dayandırmaq istəyini əks etdirir. Bildirilib ki, xüsusi görüşlərdə nümayiş etdirilən bu çeviklik rejimin ictimaiyyət qarşısında səsləndirdiyi sərt bəyanatlarla kəskin ziddiyyət təşkil edir.
İsrailin rəsmi yayım qurumu olan "Kan" (İsrail Yayım Qurumu) yüksək rütbəli hərbi mənbəyə istinadən İrana qarşı davam edən hərbi kampaniyanın bitmə şərtləri barədə mühüm məlumat yayıb.
ABŞ Dövlət katibi Marko Rubio "ABC" telekanalına verdiyi müsahibədə rəsmi Vaşinqtonun Hörmüz boğazındakı naviqasiya azadlığı və İranla davam edən diplomatik təmaslarla bağlı qətiyyətli mövqeyini açıqlayıb.