#Tehran

Böyük Britaniyanın baş naziri Kir Starmer Hürmüz boğazı ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb. Baş nazir beynəlxalq dəniz keçidinin açıq qalmasının vacibliyini vurğulayaraq son həftələrdə bütün səylərin bu istiqamətə yönəldiyini qeyd edib. Bildirilib ki, Britaniya regionda hərbi imkanlarını əsasən boğazın təhlükəsiz və açıq saxlanmasına yönəldib. Bununla yanaşı, Starmer qeyd edib ki, ölkəsinə müharibəyə qoşulmaq üçün təzyiqlər olsa da, yalnız hüquqi əsas və dəqiq plan olduqda belə qərar qəbul edilə bilər.

İran ABŞ-nin “dəniz ablukası” ilə bağlı bəyanatlarından sonra bölgədəki limanların təhlükəsizliyi ilə bağlı sərt mövqe ortaya qoyub. Məlumata əsasən, Zülfiqari qeyd edib ki, İran öz ərazi sularında təhlükəsizliyi təmin etməkdə qərarlıdır. O bildirib ki, ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçidinə icazə verilməyəcək, digər gəmilər isə koordinasiya əsasında hərəkət edə biləcəklər.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Komandanlığı sosial şəbəkə üzərindən paylaşdığı açıqlamada Hürmüz boğazında hərbi nəzarətin təmin edildiyini bildirib. Bəyanatda qeyd olunub ki, “istənilən yanlış addım düşməni Hürmüz boğazında ölümcül vəziyyətə sala bilər” və bölgədə bütün hərəkətlərin silahlı qüvvələrin nəzarəti altında olduğu vurğulanıb.

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ölkəsinin regional təhlükəsizlik və diplomatik hədəfləri barədə kəskin bəyanatlarla çıxış edib. Vilayəti İranın Hörmüz boğazı üzərindəki nəzarətini və müharibə itkiləri ilə bağlı tələblərini bir daha xatırladıb. Əli Əkbər Vilayəti İranın xarici siyasət kursunun təməl prinsiplərinə toxunub.

İranın vitse-prezidenti Məhəmməd Rza Arif ölkəsinin ABŞ ilə mümkün danışıqlar və hərbi mövqeyi ilə bağlı açıqlama verib. Bununla yanaşı, vitse-prezident İranın hərbi mövqeyində geri çəkilməyəcəyini vurğulayıb. O qeyd edib ki, ölkə özünü əvvəlkindən daha güclü şəkildə müdafiə etməyə məcburdur. Arif əlavə edib ki, mövcud vəziyyət davam edərsə, bu, qlobal səviyyədə daha böyük nəticələrə və itkilərə səbəb ola bilər.

Bəzən tarix gurultulu hadisələrlə deyil, səssiz qərarlarla yazılır. Bəzən bir zəng, bir jest, vaxtında verilmiş bir mesaj bütöv regionun siyasi ritmini dəyişə bilir. Yaxın Şərqdə baş verən hadisələrin fonunda Cənubi Qafqazın mürəkkəb geosiyasi labirintində məhz belə məqamlardan biri yaşandı. Prezident İlham Əliyev ilə Məsud Pezeşkian arasında baş tutan telefon danışığı, sadəcə, iki dövlət başçısını deyil, iki siyasi xətti birləşdirdi. Etiraf etmək lazımdır ki, İran ilə ABŞ arasında əldə olunan iki həftəlik atəşkəs zahirən müvəqqəti fasilə təsiri bağışlasa da, əslində regionun gələcək dinamikası üçün mühüm bir nəfəs imkanı yaratdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Türkiyə Prezident Administrasiyasının yaydığı rəsmi məlumata görə, Ərdoğan regionda sabitliyin təmin olunması üçün diplomatik fürsətlərin vacibliyini vurğulayıb. Prezident Ərdoğan danışıq zamanı qeyd edib ki, hazırda davam edən sülh danışıqlarından regionda daimi sülh və sabitliyə nail olmaq üçün maksimum dərəcədə istifadə edilməlidir.

İran Prezidenti Məsud Pezeşkian İsrailin Livan ərazisinə hücumlarının atəşkəs razılaşmasını pozduğunu bəyan edib. Qeyd olunub ki, İran rəhbərliyi İsrailin son hərbi əməliyyatlarını tənqid edərək bunun əldə olunmuş müvəqqəti atəşkəsə zidd olduğunu vurğulayıb.

İran ətrafında baş verən hərbi gərginliklər yalnız siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi nəticələr doğurur. Məlumata görə, müharibə dövründə bir sıra böyük investorlara və fondlara bazar dəyişikliklərindən əvvəl mövqe tutmaq imkanı yarandığı, bəzi hallarda isə “insayder məlumat sızması” ehtimallarının gündəmə gəldiyi qeyd olunur.

Bloomberg nəşrinin təhlilinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Trump dövründə İranla aparılan hərbi kampaniya Vaşinqtonun beynəlxalq mövqeyini zəiflədib. Bildirilib ki, Avropa və Yaxın Şərqdəki diplomatik mənbələr bu vəziyyətin Çin və Rusiya kimi rəqib gücləri daha da cəsarətləndirdiyini vurğulayır.