BAKI,VOA
ABŞ-ın nüfuzlu senatoru, respublikaçı və Prezident Trampın yaxın müttəfiqi Lindsi Qreham, ABŞ prezidentinin Hörmüz boğazı ilə bağlı verdiyi ultimatumda "son dərəcə ciddi" olduğunu bildirib.
VOA xəbər verir ki, bu haqda müharibə tərəfdarı kimi tanınan senator Qreham "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
"Hələ də ümid edirəm ki, Hörmüz boğazı yenidən açıla bilər və zənginləşdirilmiş uran diplomatiya yolu ilə təhlükəsiz hala gətirilər. Bu, region və dünya üçün ən yaxşı nəticə olardı. Diplomatiya pəncərəsinin bağlandığını söyləmək isə vəziyyəti olduğundan daha yumşaq ifadə etmək deməkdir."-deyə oo yazıb.
Senator Qreham bəyanatının sonunda birbaşa rəsmi Tehrana səslənərək, vaxtın daraldığını vurğulayıb və "İrana müraciət edirəm: müdrik və sürətli seçim edin."-deyib.
Bu açıqlama Prezident Trampın İranla bağlı çərşənbə axşamına qədər qoyduğu son müddət (ultimatum) fonunda Vaşinqtonun hərbi variantlara hər an müraciət edə biləcəyinin növbəti siqnalı kimi qiymətləndirilir. Qrehamın sözləri göstərir ki, ABŞ qanunvericiləri arasında da diplomatik yolların tükənmək üzrə olduğu qənaəti hakimdir.