Malta bayrağı altında üzən "Celestyal Discovery" kruiz gəmisi 47 gün Dubay limanında qaldıqdan sonra Hörmüz boğazından keçən ilk sərnişin gəmisi olub. Gəmilərin real vaxt rejimində izlənilməsini təmin edən "MarineTraffic" şirkətinin məlumatlarına görə, ABŞ/İsrail-İran müharibəsinin fevralın 28-də başlamasından sonra, martın əvvəlində Dubay limanına yan alan "Celestyal Discovery" 47 gün ərzində burada gözləyib.
#Hörmüz boğazı
İran Hörmüz boğazını bir daha əsla bağlamayacağını qəbul etdi. Artıq bura dünyaya qarşı bir silah kimi istifadə edilməyəcək. Bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bildirib. O, boğazın Tehran rəhbərliyi tərəfindən tamamilə açıldığını qeyd edib. ABŞ lideri İran və Hörmüz boğazı ilə bağlı son prosesləri öz sosial media hesabındakı paylaşımı vasitəsilə qiymətləndirib.
İran rəhbərliyi Livanla bağlı əldə olunmuş müvəqqəti atəşkəs çərçivəsində Hörmüz boğazının bütün ticari gəmilər üçün açıq olacağını bəyan edib. İranın rəsmi qurumları tərəfindən verilən məlumata görə, limanlar və dənizçilik təşkilatının müəyyən etdiyi koordinasiyalı marşrut üzrə bütün ticari gəmilərin keçidinə tam icazə verilib. Vurğulanıb ki, bu qərar yalnız 10 günlük atəşkəs dövrü ilə məhdudlaşır.
Antalya Diplomatiya Forumunda regional təhlükəsizlik və enerji marşrutları ilə bağlı diqqətçəkən açıqlama səsləndirilib. Məlumata əsasən, o qeyd edib ki, boğazın bir tərəfi İrana, digər tərəfi isə Omana məxsusdur və bu marşrut beynəlxalq ticarət üçün açıq qalmalıdır.
İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın Hörmüz boğazındakı dəniz blokadası cəhdinin beynəlxalq hüquqa zidd və açıq təcavüz aktı olduğunu bildirib. BMT Baş Assambleyasında çıxış edən İrəvani Rusiya və Çinin Hörmüz boğazında naviqasiya azadlığı ilə bağlı qətnamə layihəsinə veto qoymasını "haqlı və zəruri" addım kimi qiymətləndirib.
ABŞ-ın müdafiə naziri Pit Heqset İranın nüvə razılaşmasını qəbul etməyəcəyi təqdirdə hərbi əməliyyatların yenidən başlanmasına hazır olduqlarını bəyan edib. Qeyd olunub ki, Hegset İranın daha əvvəl zərbə endirilmiş raket buraxılış sistemlərini yenidən aktivləşdirdiyini iddia edib və ABŞ-ın bu obyektlərin yerləşdiyi məkanlar barədə məlumatlı olduğunu vurğulayıb.
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Avropada aviasiya yanacağı ehtiyatlarının təxminən 6 həftəlik qaldığını açıqlayıb. Bildirilib ki, Birol vəziyyəti “indiyədək qarşılaşdığımız ən böyük enerji böhranı” kimi qiymətləndirib və bunun qlobal iqtisadiyyata ciddi təsir göstərəcəyini vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı Hörmüz boğazı ətrafında yaranan enerji böhranına baxmayaraq ölkənin enerji təminatında sabitliyin qorunduğunu bildirib. Qeyd olunub ki, ölkə enerji mənbələrinin şaxələndirilməsi və tədarükçü ölkələrin sayının artırılması istiqamətində ardıcıl addımlar atıb, eyni zamanda hidroenergetika, külək, günəş, geotermal və nüvə enerjisi sahələrində iri layihələr həyata keçirilib.
ABŞ-İsrailin İrana qarşı müharibəsi sürətlə regional sərhədləri aşaraq, təkcə Yaxın Şərqdə məhdudlaşan hərbi qarşıdurma olmaqdan çıxıb, daha geniş geosiyasi ölçülərə malik hadisəyə çevrilib. Bu müharibə dövlətlərin riskləri necə dərk etdiyini, böhranlara reaksiyalarını və beynəlxalq sistemdə mövqelərini yenidən formalaşdırır.
ABŞ-ın Hörmüz boğazında İran limanlarına giriş-çıxış edən gəmilərə qarşı tətbiq etdiyi dəniz blokadasının ilk 24 saatı ərzində boğazdan dörd gəminin keçid etdiyi qeydə alınıb.
Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Hörmüz boğazını blokadaya almaq cəhdini təhlükəli və məsuliyyətsiz addım kimi qiymətləndirib. Nazirliyin sözçüsü Quo Ciakun Pekində keçirilən mətbuat konfransında bildirib ki, tərəflər arasında müvəqqəti atəşkəs qüvvədə olduğu bir vaxtda ABŞ-ın hərbi gücünü artırması və boğazı hədəf alması gərginliyi daha da yüksəldir. Sözçü vurğulayıb ki, bu addım yalnız qarşıdurmanı dərinləşdirir və regionda onsuz da kövrək olan atəşkəs rejimini təhlükə altına qoyur.
İranın Daxili İşlər naziri İskəndər Mumini ölkənin sərhəd bölgələrində vəzifə yerinə yetirən vilayət rəhbərlərinə müraciət edib. Nazir 16 sərhəd valisindən ABŞ-ın dəniz blokadası təhdidini təsirsiz hala gətirmək üçün onlara verilən səlahiyyətlərdən tam istifadə etmələrini istəyib. Mumini bildirib ki, vilayət rəhbərlərinə əlaqədar nazirliklərlə koordinasiyalı şəkildə hərəkət edərək əsas ehtiyac mallarının idxal və ixracı prosesini sürətləndirməlidirlər.