Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Şimali Afrika
    Şimali Afrika

    İsrail və HƏMAS Qəzzadaki atəşkəs razılaşmasına əməl etməlidir - Misir

    20 Oktyabr 2025 16:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail və HƏMAS Qəzzadaki atəşkəs razılaşmasına əməl etməlidir - Misir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Misir, İsrail və Həmasa Şarm əl-Şeyx şəhərində imzalanan Qəzzada atəşkəs sazişinə əməl etməyə çağırıb.

    AzerVoice xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, nazir Bədr Əbdülati Fransa xarici işlər naziri Jan-Noel Barro və Danimarka xarici işlər naziri Lars Lökke Rasmussenlə telefonla danışıb.

    Əbdülati qeyd edib ki, Şarm əl-Şeyx şəhərində imzalanan Qəzzada atəşkəs razılaşmasına tərəflərin əməl etməsi son dərəcə vacibdir.

    Nazir bildirib ki, razılaşmaya əməl olunması atəşkəsin möhkəmləndirilməsi və hücumların daimi şəkildə dayandırılması üçün əsas addımdır. O, həmçinin Qəzza zolağına humanitar yardımın tam şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.

    Əbdülati fransalı və danimarkalı həmkarları ilə söhbətində gələn ay Misirdə keçirilməsi planlaşdırılan “Qəzzənin Yenidən Qurulması Konfransı”nın hazırlıqlarını da müzakirə edib.

    O, Fələstin xalqının hüquqlarını qoruyan genişmiqyaslı bir baxış çərçivəsində Qəzzanın bərpası planlarının mümkün qədər tez həyata keçirilməsinin vacibliyinə diqqət çəkib. Əlavə edib ki, bu proses mart ayında qəbul edilən “Ərəb-İslam Yenidənqurma Planı” və ABŞ prezidenti Donald Trampın Yaxın Şərq sülh planı çərçivəsində həyata keçiriləcək.

    Əbdülati Avropa ölkələrini də konfransda aktiv iştirak etməyə çağırıb.

    Qeyd edək ki, 4 martda Qahirədə keçirilən Fövqəladə Ərəb Liqası Zirvəsində Fələstinliləri yerindən etmədən Qəzza zolağının yenidən qurulmasını nəzərdə tutan “Ərəb Planı” qəbul olunmuş və planın 5 ilə yayılaraq təxminən 53 milyard dollara başa gələcəyi bildirilmişdi.

    Fransa və Danimarka xarici işlər nazirləri də “Misirin bölgədə sabitliyin təmin olunması üçün göstərdiyi səyləri tam dəstəklədiklərini” bildirib və Qəzzanın yenidən qurulması üzrə keçiriləcək beynəlxalq konfransa hazırlıq çərçivəsində Misirlə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını qeyd ediblər.

    Xatırladaq ki, bu səhər İsrail əsgərləri atəşkəsə baxmayaraq, Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin şərq hissəsinə hücum edib və nəticədə daha 2 fələstinli həyatını itirib.

    İsrail ordusu isə bildirib ki, Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasına əsasən, xəritədə müəyyən edilmiş, lakin ərazidə dəqiq sərhədləri bəlli olmayan “sarı xətti” keçdiyi iddia edilən fələstinlilərə atəş açıblar.

    Qəzza hökuməti dünən verdiyi açıqlamada bildirib ki, İsrail ordusu 10 oktyabrda elan edilən atəşkəs qərarından bəri 80 pozuntu həyata keçirib, bu hücumlarda 97 fələstinli həlak olub və azı 230 nəfər yaralanıb.

    ABŞ prezidenti Donald Tramp 9 oktyabrda Misirdə aparılan danışıqlarda İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini açıqlamışdı.

    Misirdə aparılan danışıqlarda razılaşma imzalandıqdan sonra İsrail hökumətinin təsdiqi ilə 10 oktyabrda saziş qüvvəyə minib.

    Razılaşmaya əsasən, İsrail ordusu “Sarı Xətt”dən geri çəkildikdən sonra Qəzza zolağında atəşkəs həmin gün saat 12:00-da qüvvəyə minib.

    #Qəzza #Qəzza zolağı #Misir #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    17 İyul 2026 19:44

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    17 İyul 2026 19:27

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    17 İyul 2026 19:17

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.