Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Şimali Afrika
    Şimali Afrika

    Misir ordusu maksimum döyüş hazırlığı vəziyyətinə gətirildi

    4 Sentyabr 2025 16:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Misir ordusu maksimum döyüş hazırlığı vəziyyətinə gətirildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Misir ordusu Sinay yarımadasında hərbi varlığını gücləndirib.

    AzerVoice xəbər verir ki, rəsmi məlumatlara görə, bölgəyə 40 minə yaxın əsgər yerləşdirilib. Bu rəqəm, 1979-cu ildə İsraillə imzalanmış sülh müqaviləsində nəzərdə tutulan limiti təxminən iki dəfə üstələyir.

    Qərarın səbəbi Misirin narahatlığı ilə bağlıdır. Rəsmi Qahirə ehtiyat edir ki, İsrailin Qəzzanı tam işğal planı fələstinlilərin kütləvi şəkildə Şimal Sinaya köçməsinə gətirib çıxara bilər.

    Yüksək vəzifəli hərbi mənbənin sözlərinə görə, Misir ordusu “son illərin ən yüksək döyüş hazırlığı vəziyyətinə” gətirilib. Bu qərar prezident Əbdülfəttah əs-Sisinin göstərişi ilə, Silahlı Qüvvələrin Ali Şurası və Milli Təhlükəsizlik Şurasının iclasından sonra qəbul olunub.

    Misir hərbçiləri hazırda Şimal Sinayın müxtəlif bölgələrində, o cümlədən Qəzza ilə sərhəddə yerləşən “C zonasında” mövqe tutub. Bu ərazi sülh müqaviləsinə görə ən sərt hərbi məhdudiyyətlərin tətbiq olunduğu sahədir.

    Qahirə bildirir ki, bütün bu tədbirlər yalnız müdafiə xarakteri daşıyır və əsas məqsəd fələstinlilərin məcburi köçürülməsinin qarşısını almaqdır.

    Misir, əlavə qüvvələrin yerləşdirilməsi barədə İsraili rəsmi şəkildə məlumatlandırıb. Lakin Tel-Əviv tərəfi sülh müqaviləsi ilə müəyyən edilmiş hərbi limitlərin aşılmasından və məhdud giriş zonalarında qoşunların yerləşdirilməsindən narazılıq ifadə edib.

    #İsrail #Misir #Əbdülfəttah əs-Sisi #Qahirə #misir xəbərləri #Misir–İsrail Sülh Müqaviləsi 1979 #Misir–İsrail münasibətlərində gərginlik #İsrail-Misir əlaqələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    İsrail ordusu Livanın cənubunda "Hizbullah" döyüşçülərinə zərbə endirdiyini açıqlayıb

    18 İyul 2026 20:35

    Qərb sahilində son əməliyyatlar zamanı nələr baş verib?

    18 İyul 2026 20:26

    AIPAC İsrail əleyhinə səs verən demokratlara maliyyə dəstəyini məhdudlaşdırıb

    18 İyul 2026 20:22

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    İsrailli məskunlaşanlar dayandırılsın - Beyrutdan BMT-yə çağırış

    18 İyul 2026 19:14

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    İsrail qüvvələri İordan çayının qərb sahilində 10 fələstinlini saxlayıb

    18 İyul 2026 18:03

    Livan Prezidenti Cozef Aun Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edib

    18 İyul 2026 18:00

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00

    İsrail ordusunun Livanın cənubunda iki binanı dağıtdığı bildirilir

    17 İyul 2026 20:57
    XƏBƏR LENTİ

    Azərbaycan şirkətləri Türkiyəyə 237 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    ABŞ-ın İordaniya və Küveytdəki hərbi bazalarına zərbələr endirmişik - SEPAH

    Direktivin əsas məqsədi nədir?

    2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

    Türkiyədə süni intellekt əsaslı yol layihəsi başlayır

    Bu gün onun ölüm günüdür - Döyüş sənətini dəyişən əfsanə - Brus Li kimdir?

    ABŞ şirkətləri Türkiyəyə 9 milyard lirəlik yatırım edib (ÖZƏL)

    ABŞ-nin İranın təzyiq imkanlarını məhdudlaşdırmasında Suriyanın rolu nədən ibarətdir?

    Şəxsi brend necə formalaşır? Mütəxəssislər fərqlənməkdən daha vacib üç amili açıqlayırlar

    Bu gün Brüs Li 32 yaşında vəfat etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.