Eyni gün yayımlanan ilk rəsmi açıqlamada Misir Xarici İşlər Nazirliyi baş verənləri “İsrailin pozuntularına fələstinli cavabı” kimi səciyyələndirdi. Bu mövqe Misirin Fələstin məsələsinə müəyyən dərəcədə simpatiyasını göstərsə də, bu, Qahirənin nə “HƏMAS”ın metodlarını, nə də eskalasiyaya sürüklənməni dəstəklədiyi anlamına gəlmirdi. Bu, əsasən, Misirin keçmiş Qəzza-İsrail müharibələrindən çıxardığı reallığa əsaslanan praqmatik nəticələrə söykənirdi.
#Misir–İsrail Sülh Müqaviləsi 1979
Misir ordusu Sinay yarımadasında hərbi varlığını gücləndirib. Rəsmi məlumatlara görə, bölgəyə 40 minə yaxın əsgər yerləşdirilib. Bu rəqəm, 1979-cu ildə İsraillə imzalanmış sülh müqaviləsində nəzərdə tutulan limiti təxminən iki dəfə üstələyir. Qərarın səbəbi Misirin narahatlığı ilə bağlıdır. Rəsmi Qahirə ehtiyat edir ki, İsrailin Qəzzanı tam işğal planı fələstinlilərin kütləvi şəkildə Şimal Sinaya köçməsinə gətirib çıxara bilər. Yüksək vəzifəli hərbi mənbənin sözlərinə görə, Misir ordusu “son illərin ən yüksək döyüş hazırlığı vəziyyətinə” gətirilib. Bu qərar prezident Əbdülfəttah əs-Sisinin göstərişi ilə, Silahlı Qüvvələrin Ali Şurası və Milli Təhlükəsizlik Şurasının iclasından sonra qəbul olunub.
Misir ordusu İsrailin Qəzzanı işğal etmə planlarına qarşı Sina səhrasında misilsiz hərbi hazırlıq keçirib. Yüksək rütbəli hərbi mənbənin sözlərinə görə, prezident Əbdülfəttah əs-Sisinin birbaşa tapşırığı ilə Qəzza sərhədinə əlavə 40 min əsgər yerləşdirilib. Bu rəqəm 1979-cu il Misir–İsrail Sülh Müqaviləsi ilə icazə verilən həddən demək olar ki, iki dəfə çoxdur.