Misrin ABŞ-İsrail koalisiyası ilə İran arasında davam edən müharibədə nümayiş etdirdiyi diplomatik fəallıq regional nüfuzunu artırmaq istəyən bir dövlətin addımı deyil. Bu, əslində, müharibənin öz iqtisadiyyatına və geosiyasi mövqeyinə dağıdıcı təsirlərini artan narahatlıqla izləyən bir ölkənin müdafiə reaksiyasıdır.
#Əbdülfəttah əs-Sisi
Misir prezidenti Əbdülfəttah əs-Sisi baş nazir Mustafa Mədbuli ilə keçirdiyi rəsmi görüşdə nazirlər kabinetində dəyişiklik edilməsi məsələsini müzakirə edib. Prezidentliyin yaydığı rəsmi bəyanata görə, Sisi yeni formalaşacaq hökumətin fəaliyyətinin dövlətin strateji maraqlarına tam uyğun gəlməsinin vacibliyini vurğulayıb. O, yeni kabinetin milli təhlükəsizlik, xarici siyasət, iqtisadi inkişaf, istehsalın artırılması, enerji və qida təhlükəsizliyi, həmçinin insan kapitalının inkişafı kimi prioritet hədəfləri reallaşdırmalı olduğunu qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfərini başa çatdırdıqdan sonra Misirə yollanacaq. Bu, Ankara–Qahirə xətti üzrə liderlərin son dövrlərdə növbəti yüksək səviyyəli təması olacaq. Qeyd edək ki, Prezident Ərdoğanın bu il ərzində ilk xarici səfəri Səudiyyə Ərəbistanına olub. O, Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüş keçirib. Səudiyyə Ərəbistanındakı təmaslardan sonra Türkiyə Prezidenti Misirin paytaxtı Qahirəyə yola düşəcək.
Qahirədə keçirilən beynəlxalq konfransda çıxış edən Ramin Məmmədov İslamda peşə etikası və süni intellekt dövründə mənəvi dəyərlərin rolundan danışıb.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi çərşənbə günü bildirib ki, Fələstin məsələsi Yaxın Şərqdə hələ də “prioritetlərin önündə” dayanır. Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxış edən Misir lideri vurğulayıb ki, Fələstin məsələsinin həlli regional sabitliyin əsas şərti və ədalətli, hərtərəfli sülhün əldə olunması üçün mühüm təməl hesab olunur. Əs-Sisi ABŞ Prezidenti Donald Trampın Qəzzada İsrail–HƏMAS müharibəsini dayandıran atəşkəsin əldə olunması istiqamətində göstərdiyi səyləri də yüksək qiymətləndirib. Qeyd edək ki, sözügedən atəşkəs ötən ilin oktyabr ayında əldə olunub.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Misir Rəyasət Heyətinin çərşənbə axşamı verdiyi məlumata görə, bu, ABŞ-ın Qəzzada müharibəni dayandırmaq üçün hazırladığı planın ikinci mərhələsinə başladığını elan etməsindən sonra iki lider arasında keçirilən ilk rəsmi görüş olacaq.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampın Misir və Efiopiya arasında Nil çayı suları ilə bağlı yaranmış mübahisəni həll etmək üçün təqdim etdiyi vasitəçilik təklifini yüksək qiymətləndirdiyini bildirib. Şənbə günü sosial media hesabı vasitəsilə açıqlama verən Sisi, Trampın məktubuna cavab olaraq Misirin mövqeyini və Efiopiyanın "Böyük Efiopiya İntibah Bəndi" (GERD) layihəsi ilə bağlı su təhlükəsizliyi qayğılarını bir daha təsdiqlədiyini qeyd edib.
ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən Qəzza atəşkəsi risk altındadır, İsrail ordusu bölgədə hücumlarını davam etdirərək razılaşmanı dəfələrlə pozub. Qəzza Hökumətinin Media Ofisinin bəyanatına əsasən, İsrail ordusu atəşkəs razılaşmasını 80 dəfə pozub.
ABŞ-ın vitse-prezidenti C.D. Vens və xüsusi elçisi Stiv Uitkof bazar ertəsi İsrailə səfər edəcəklər. Səfərin məqsədi ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planının həyata keçirilməsi və prosesdə əldə olunan irəliləyişlərin müzakirəsidir.
ABŞ prezidenti Donald Tramp İranın danışıqlara hazır olması və mümkün sanksiyaların yüngülləşdirilməsi ilə bağlı nikbin olduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında müharibəyə son qoymaq üçün 20 bəndlik atəşkəs planının ikinci mərhələsinin artıq başladığını bildirib.
İsrail və Fələstin arasında Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Qəzzə zolağında iki ildir Qəssam briqadaları tərəfindən saxlanılan 20 israilli əsir azad edilib. Qəssam briqadaları tərəfindən saxlanılan israilli əsirlərin iki il ərzində tünellərdə qaldıqları bildirilir. Lakin görüntülərdə və ilkin tibbi hesabatlarda onların fiziki və psixoloji vəziyyətlərinin sabit olduğu qeyd olunur.