İsrail və Misir arasında uzun müddətdir müzakirə olunan təbii qaz ixracı sazişi rəsmi şəkildə imzalanıb. İsrail Baş naziri Benyamin Netanyahu bu sazişi ölkə tarixindəki “ən böyük təbii qaz ixracı sazişi” adlandırıb. Sazişin ümumi dəyəri təxminən 112 milyard İsrail şekeli (təxminən 34–35 milyard ABŞ dolları) olaraq açıqlanıb və bu məbləğin təxminən yarısının birbaşa İsrail dövlət gəlirlərinə töhfə verməsi gözlənilir. Saziş çərçivəsində Leviathan dəniz qaz yatağından çıxarılan qazın 2040-cı ilə qədər Misirə tədarük olunması planlaşdırılır. Son illərdə Misirin təbii qaz istehsalı azalaraq ölkənin artan daxili tələbatını ödəmək üçün milyardlarla dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) idxal etməsinə səbəb olmuşdu. İsraildən gələcək qazın Misirin daxili tələbatını dəstəkləyəcəyi və LNG ixrac imkanlarını artıracağı gözlənilir.
#İsrail-Misir əlaqələri
İsrail Müdafiə naziri İsrael Katz cümə axşamı bildirib ki, Misir sərhədində yerləşən ərazinin pilotsuz uçuş aparatları (PUA) vasitəsilə silah qaçaqmalçılığına qarşı mübarizə aparmaq məqsədilə bağlı hərbi zona elan edilməsi barədə orduya göstəriş verib.
Eyni gün yayımlanan ilk rəsmi açıqlamada Misir Xarici İşlər Nazirliyi baş verənləri “İsrailin pozuntularına fələstinli cavabı” kimi səciyyələndirdi. Bu mövqe Misirin Fələstin məsələsinə müəyyən dərəcədə simpatiyasını göstərsə də, bu, Qahirənin nə “HƏMAS”ın metodlarını, nə də eskalasiyaya sürüklənməni dəstəklədiyi anlamına gəlmirdi. Bu, əsasən, Misirin keçmiş Qəzza-İsrail müharibələrindən çıxardığı reallığa əsaslanan praqmatik nəticələrə söykənirdi.
Misir, İsrailin Dohaya endirdiyi hava zərbəsinə cavab olaraq təhlükəsizlik sahəsində Tel-Əvivlə koordinasiyanı məhdudlaşdırmaq qərarına gəlib. Misir rəsmiləri İsrailə açıq mesaj göndərərək bildiriblər ki, ölkə ərazisində oxşar hücumların həyata keçirilməsi silahlı cavabla qarşılanacaq. “HƏMAS liderlərinin həyatına Misir torpaqlarında ediləcək hər hansı sui-qəsd, dövlətimizin suverenliyinin pozulması və İsrailin müharibə elan etməsi kimi qəbul ediləcək. Biz də tərəddüd etmədən cavab tədbirləri görəcəyik.” - deyə qeyd edilib.
Misir ordusu Sinay yarımadasında hərbi varlığını gücləndirib. Rəsmi məlumatlara görə, bölgəyə 40 minə yaxın əsgər yerləşdirilib. Bu rəqəm, 1979-cu ildə İsraillə imzalanmış sülh müqaviləsində nəzərdə tutulan limiti təxminən iki dəfə üstələyir. Qərarın səbəbi Misirin narahatlığı ilə bağlıdır. Rəsmi Qahirə ehtiyat edir ki, İsrailin Qəzzanı tam işğal planı fələstinlilərin kütləvi şəkildə Şimal Sinaya köçməsinə gətirib çıxara bilər. Yüksək vəzifəli hərbi mənbənin sözlərinə görə, Misir ordusu “son illərin ən yüksək döyüş hazırlığı vəziyyətinə” gətirilib. Bu qərar prezident Əbdülfəttah əs-Sisinin göstərişi ilə, Silahlı Qüvvələrin Ali Şurası və Milli Təhlükəsizlik Şurasının iclasından sonra qəbul olunub.
İsrailin Baş naziri Benyamin Netanyahu Misirlə qaz sazişinin onun razılığı olmadan davam etdirilməsinə qarşı çıxıb. Qəzetin yazdığına görə, hökumət yaxın günlərdə müqavilənin davam etdirilmə imkanlarını və şərtlərini ayrıca müzakirə edəcək. Netanyahu isə qazın Misirə ixracına dair mövcud sazişin yenidən araşdırılması barədə qərar qəbul edib.