BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsi süni intellekt dəstəkli ağıllı yolayrıcı sistemlərinin, dəyişən məlumat və xəbərdarlıq ekranlarının, eləcə də nömrətanıma sisteminin quraşdırılması üçün tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Satınalma ümumilikdə 58 adda avadanlıq və sistemin tədarükünü, quraşdırılmasını və istifadəyə hazır vəziyyətdə təhvil verilməsini əhatə edir.
Qalib şirkət müqavilə imzalandıqdan sonra beş gün ərzində işə başlamalı, avadanlıqları isə 100 təqvim günü ərzində quraşdıraraq təhvil verməlidir. Layihənin ən gec 31 dekabr 2026-cı ilədək tamamlanması nəzərdə tutulur.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 18 avqust 2026-ci il tarixinə qədər "Laleli Mah. Mimar Sinan Bulvarı No: 242/A Yunusemre/Manisa" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir