Donald Tramp sosial şəbəkədə paylaşım edərək İranın ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində “tam məğlub edildiyini” iddia edib. Onun sözlərinə görə, Tehran hazırda razılaşma əldə etmək istəyir, lakin ABŞ administrasiyasının qəbul etməyəcəyi şərtlər irəli sürür. Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələrinin İran ərazisində həyata keçirdiyi əməliyyatlar geniş miqyaslı olub. ABŞ liderinin sözlərinə görə, Vaşinqton İranın əsas neft mərkəzlərindən biri hesab edilən Xarq adasında yerləşən hərbi obyektlərə zərbələr endirib.
Axtarış nəticələri "Donald Tramp" (3350)
ABŞ Prezidenti Donald Tramp Tehranın gəmilərin Hörmüz boğazından keçidinə mane olmağa davam edəcəyi təqdirdə İranın Xark adasındakı neft infrastrukturuna hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib. Tramp bildirib ki, Birləşmiş Ştatlar İranın xam neft ixracının təxminən 90 faizini idarə edən adadakı "hər bir hərbi hədəfi tamamilə məhv edib".
ABŞ Prezidenti Donald Tramp "Fox News" kanalına verdiyi müsahibədə Hörmüz boğazında artan gərginliyə toxunaraq, Vaşinqtonun bölgədəki hərbi mövqeyini daha da sərtləşdirəcəyinə dair mesajlar verib. Prezident bölgədəki ABŞ personalının təhlükəsizliyini təmin etmək üçün bütün hərbi variantların masada olduğunu vurğulayaraq, "Gərəkərsə müdaxilə edərik" deyib. Tramp hadisələrin gedişatı ilə bağlı "Nələr olacağını hamımız birlikdə görəcəyik" ifadəsini işlətməklə yanaşı, gələn həftə üçün planlaşdırılan əməliyyatların miqyasına dair "Onları çox sərt vuracağıq" xəbərdarlığını edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) cümə axşamı verdiyi bəyanatda İrana qarşı hərbi əməliyyatlarda iştirak edən Amerika yanacaqdoldurma təyyarəsinin İraq ərazisində qəzaya uğradığını bildirib. Məlumata görə, qəzadan dərhal sonra ərazidə xilasetmə işlərinə başlanılıb. "The Associated Press" agentliyinə anonimlik şərti ilə məlumat verən ABŞ rəsmisi qəzaya uğrayan "KC-135" tipli təyyarənin göyərtəsində ən azı beş heyət üzvünün olduğunu qeyd edib. Hazırda heyət üzvləri arasında tələfatın olub-olmadığı barədə dəqiq məlumat verilmir.
Tarix bu gün qanlı terror aktlarına, imperiyaları sarsıdan sui-qəsdlərə və kainatın sirlərinin kəşf olunduğu inqilabi anlara şahidlik edib.
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almağın Vaşinqton üçün neft qiymətlərinin səviyyəsindən daha mühüm məsələ olduğunu bildirib. Donald Tramp sosial şəbəkədə etdiyi paylaşımda ABŞ-ın dünyanın ən böyük neft istehsalçısı olduğunu vurğulayaraq, neft qiymətlərinin artmasının ölkə iqtisadiyyatı üçün maliyyə baxımından fayda gətirə biləcəyini qeyd edib.
İspaniyanın vitse-baş naziri Yolanda Dias Avropa liderlərini ABŞ prezidenti Donald Trampın siyasətinə tabe olmaqda ittiham edərək, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin qlobal böhranlara reaksiyasını sərt şəkildə tənqid edib. Yolanda Dias dövlət televiziya kanalı RTVE-yə verdiyi müsahibədə Avropanın beynəlxalq hüququ qorumaqda passiv mövqe tutduğunu bildirib. Onun sözlərinə görə, Qəzza və Yaxın Şərqdə müharibələr daha da şiddətlənərkən Avropa liderlərinin səssiz qalması ciddi narahatlıq doğurur.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampla görüşü zamanı İran millisinin 2026-cı il dünya çempionatında iştirakının mümkünlüyünü müzakirə etdiyini bildirib. İnfantino sosial şəbəkə hesabında yazıb ki, ABŞ prezidenti ilə keçirilən görüşdə turnirin hazırlıq məsələləri müzakirə olunub və Tramp İran millisinin ABŞ-də keçiriləcək turnirdə iştirakına müsbət yanaşdığını bildirib.
Tarix bu gün qlobal siyasi doktrinaların elan edildiyi, hərbi xəbərdarlıqların verildiyi və milli kimliklərin rəsmiləşdiyi qürurverici və təlatümlü bir gündür.
ABŞ prezidenti Donald Tramp ilə Böyük Britaniyanın baş naziri Kir Starmer arasında münasibətlərin bərpa olunmasının mümkün olduğu bildirilib. O qeyd edib ki, Böyük Britaniyanın ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına verdiyi dəstək “çox az və çox gec” qiymətləndirilsə də, Vaşinqton və London arasında münasibətlər yenidən bərpa oluna bilər.
Həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.
ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) prioritet sektorlara uyğun layihələri müəyyənləşdirmək məqsədilə Cənubi Qafqazda əsas maraqlı tərəflərlə təmasdadır. Qeyd edək ki, DFC ABŞ hökumətinin beynəlxalq investisiya qurumudur və dünya üzrə strateji layihələrə kapitalın cəlb edilməsi üçün özəl sektorla əməkdaşlıq edir. Korporasiyada bildirilib ki, onlar Cənubi Qafqazda özəl sektorun rəhbərlik etdiyi sülh gündəliyinin həyata keçirilməsinə, Orta Dəhliz məqsədlərinə nail olunmasına və Amerika şirkətləri üçün imkanların yaradılmasına töhfə verən layihələri dəstəkləmək üçün bütün mövcud alətlərdən istifadə etməyə hazırdırlar.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə müharibənin tezliklə başa çata biləcəyinə dair açıqlamasından sonra qlobal fond bazarlarında yüksəliş qeydə alınıb, neft qiymətləri isə kəskin ucuzlaşıb. Eyni zamanda dünya bazarında Brent markalı neftin qiyməti bir ara 11 faiz ucuzlaşaraq bir barel üçün 88 dollardan aşağı düşüb, sonradan isə itkilərin bir hissəsi bərpa olunaraq təxminən 9 faiz azalma ilə ticarət olunub.
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazındakı strateji neft keçidinə müdaxilə edəcəyi təqdirdə, ABŞ-ın buna indiyədək görünməmiş dərəcədə sərt cavab verəcəyini bəyan edib. Sosial media hesabı vasitəsilə açıqlama verən Tramp, mümkün hərbi müdaxilənin miqyasının əvvəlki hücumlardan "20 qat daha sərt" olacağını vurğulayıb. Prezident Tramp qeyd edib ki, əgər Tehran rəhbərliyi neft axınını dayandırmaq üçün hər hansı bir addım atarsa, ABŞ ordusu ölkədəki "asanlıqla məhv edilə bilən hədəfləri" hədəm alacaq. O, belə bir ssenarinin baş verəcəyi təqdirdə, İranın bir dövlət olaraq yenidən inşa edilməsinin demək olar ki, qeyri-mümkün hala gələcəyini iddia edib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla davam edən müharibə demək olar ki, tamamlanmaq üzrədir və hərbi əməliyyatların yaxın vaxtlarda sona çata biləcəyi ehtimal olunur. Tramp bu barədə CBS telekanalına açıqlamasında danışıb. Onun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, müharibə böyük ölçüdə başa çatıb və qarşı tərəfin hərbi imkanları ciddi şəkildə zəiflədilib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını nəzarətə götürmək məqsədilə ABŞ qoşunlarının ölkəyə göndərilməsi ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib. ABŞ prezidenti qeyd edib ki, bu məsələ ilə bağlı hər hansı qərar verilməyib və belə bir addımın atılması hazırda gündəmdə deyil.
İranda yeni ali dini liderin müəyyənləşməsindən sonra ABŞ-dan ilk siyasi reaksiya gəlib. ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin seçilməsindən məmnun olmadığını açıqlayıb. Qeyd edək ki, Müctəba Xameneinin rəhbərliyə gətirilməsi ABŞ və İsrailin 28 fevralda İrana endirdiyi zərbələrdən və Ali Xameneinin həlak olmasından sonra baş verib. Beynəlxalq media qurumlarının yaydığı məlumata görə, Müctəba Xameneinin seçimi İran rəhbərliyində varislik məsələsini yenidən gündəmə gətirib. Məlumata əsasən, o, İranın güc strukturları, xüsusilə də İnqilab Keşikçiləri Korpusu ilə yaxın əlaqələri olan fiqur kimi dəyərləndirilir.
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir. 28 fevral 8.00-dan – 9 mart saat 07:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1918 nəfər təxliyə olunub. Belə ki, 541 Çin, 314 Azərbaycan, 290 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 26 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 14 Almaniya, 13 Gürcüstan, 13 Macarıstan, 12 Özbəkistan, 10 Bolqariya, 10 Konqo Demokratik, 10 Nigeriya, 8 Braziliya, 8 Böyük Brityaniya, 8 Qazaxıstan, 7 Belarus vətəndaşı təxliyə olunub.
İsrail knessetinin sədri Amir Ohana İranın yeni ali rəhbəri Müctəba Xameneini sui-qəsdlə hədələyib. Müctəba Xamenei bu vəzifəyə fevralın 28-də Tehranın İsrail və ABŞ tərəfindən hücuma məruz qalması nəticəsində həlak olan atası Əli Xameneinin xələfi kimi gəlib.
İrana qarşı müharibə başlayandan bəri ABŞ ordusu, İranın ABŞ-İsrail hücumuna cavab olaraq Körfəz ölkələrinə atdığı ucuz "Şahid" pilotsuz uçuş aparatlarının (PUA) qarşısını almaq üçün az xərcli yollar axtarır.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni hərbi əməliyyat barədə açıqlama verib. ABŞ Prezidenti Donald Tramp canlı yayım zamanı ABŞ qüvvələrinin üç gün ərzində İran donanmasına məxsus 42 gəmini vurduğunu bildirib. Onun sözlərinə görə, əməliyyat İranın hərbi imkanlarına qarşı həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində reallaşdırılıb.
ABŞ Prezidenti Donald Tramp, özünə məxsus Truth Social platforması vasitəsilə verdiyi açıqlamada bildirib ki, İran bu gün “çox sərt şəkildə vurulacaq”. Tramp deyib ki, İran Yaxın Şərqdəkı qonşularından üzr istəyərək “təslim olduğunu” və onlara artıq atəş açmayacağına söz verib. O, bu sözün yalnız ABŞ və İsrailin “amansız hücumları” sayəsində alındığını iddia edib və hücumların miqyasının genişlənəcəyinə işarə verib.
ABŞ Prezidenti Donald Tramp yeni müsahibəsində bildirib ki, ABŞ və İsrailin İrana qarşı apardığı müharibə yanacaq qiymətlərinin artması, işsizliyin çoxalması və yaşayış xərclərinin kəskinləşməsi fonunda daxili tənqidlərin artmasına baxmayaraq, geniş xalq dəstəyinə malikdir.
ABŞ Prezidenti Donald Tramp İrana quru qoşunlarının göndərilməsi ehtimalını hazırkı mərhələdə "vaxt itkisi" adlandıraraq Tehranın xəbərdarlıqlarını rədd edib. NBC News-a telefon vasitəsilə müsahibə verən Tramp İranın xarici işlər naziri Abbas Araqçının "istənilən quru müdaxiləsi işğalçılar üçün fəlakətlə nəticələnəcək" bəyanatına cavab olaraq bildirib ki, İran artıq itirə biləcəyi hər şeyi itirib. O, İran hərbi dəniz donanmasının tamamilə məhv edildiyini və Tehranın müqavimət potensialının qalmadığını vurğulayaraq Araqçının şərhlərini "boş sözlər" kimi xarakterizə edib.