BAKI,VOA, Fərid Mikayılov
ABŞ prezidenti Donald Tramp ilə Böyük Britaniyanın baş naziri Kir Starmer arasında münasibətlərin bərpa olunmasının mümkün olduğu bildirilib.
VOA xəbər verir ki, bu barədə Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
O qeyd edib ki, Böyük Britaniyanın ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına verdiyi dəstək “çox az və çox gec” qiymətləndirilsə də, Vaşinqton və London arasında münasibətlər yenidən bərpa oluna bilər.
Uitkoff bildirib ki, Donald Tramp bu məsələyə baxmayaraq tərəflər arasında möhkəm əlaqələrin mövcud olduğunu hesab edir.
Diplomat əlavə edib ki, ABŞ prezidenti müxtəlif ölkələrin fərqli mövqelər bildirmə hüququnu tanıyır, lakin bəzi hallarda tərəfdaşlardan kifayət qədər təşəkkür və dəstək hissinin görünmədiyini düşünür.