BAKI,VOA Həcər Nəzərova
Suriyanın əsasən kürdlərin yaşadığı şimal-şərqində yerləşən Həsəkə şəhərində məhkəmə binasının qarşısında baş verən partlayış nəticəsində iki nəfər ölüb.
SANA dövlət xəbər agentliyinin məlumatına görə, hadisə cümə günü baş verib. Təhlükəsizlik mənbəyi partlayışın əl qumbarasının partlaması nəticəsində baş verdiyini bildirib. Səhiyyə orqanlarının məlumatına əsasən, ölənlərdən biri kişi, digəri isə 13 yaşlı uşaqdır.
Həsəkə bölgəsi fevral ayınadək kürd qüvvələrinin nəzarətində olub. Daha sonra kürd institutlarının Dəməşq hökumətinə inteqrasiyasını nəzərdə tutan razılaşma çərçivəsində ərazi mərkəzi hökumətin nəzarətinə keçib.