Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    ABŞ “Tramp marşrutu”nu 49 illik icarəyə götürür – Detallar

    14 Yanvar 2026 10:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ “Tramp marşrutu”nu 49 illik icarəyə götürür – Detallar
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Ermənistan Xarici İşlər Nazirliyi “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin icra qaydasını müəyyən edən sənədi dərc edib.

    AzerVoice xəbər verir ki, sənəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında ötən gün Vaşinqtonda keçirilmiş görüşün yekunlarına əsasən təqdim olunub.

    Bildirilir ki, bu sənəd Ermənistan və ya ABŞ üçün hüquqi baxımdan məcburi öhdəliklər yaratmır və çərçivə xarakteri daşıyır.

    Mətnə görə, TRIPP çərçivəsi Ermənistan ərazisindən keçən multimodal tranzit qarşılıqlı əlaqənin işə salınması mexanizmini təsvir edir. Layihə maneəsiz tranziti təmin etməyə, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyə və Transxəzər ticarət marşrutunun mühüm həlqəsini formalaşdırmağa yönəlmiş infrastruktur təşəbbüsü kimi təqdim olunur.

    XİN-də qeyd olunur ki, layihənin icrası suverenlik, ərazi bütövlüyü və qarşılıqlılıq prinsiplərinə əsaslanır. Son məqsəd Ermənistan və Azərbaycanın təhlükəsizliyinin və iqtisadi inkişafının möhkəmləndirilməsi, həmçinin Mərkəzi Asiya, Xəzər dənizi və Avropa arasında regional ticarətin və tranzit imkanlarının genişləndirilməsi kimi göstərilir.

    Layihənin icrası üzrə əsas müddəalar:

    TRIPP-in inkişafı üzrə şirkətin yaradılması.

    ABŞ-ın nəzarət paketinə malik olacağı və əsas məsələlər üzrə Ermənistanın nəzarət mexanizmlərinin nəzərdə tutulduğu strukturun formalaşdırılması planlaşdırılır.

    Müddətlər və iştirak payları.

    49 il müddətinə tikinti və istismar hüququ olan model nəzərdən keçirilir, əlavə olaraq daha 50 il uzadılma imkanı da mövcuddur. İlkin mərhələdə ABŞ-a 74 faiz, Ermənistana isə 26 faiz pay təklif olunur. Müddətin uzadılması halında Ermənistanın payının 49 faizə qədər artırılması perspektivi qeyd edilir.

    Mülkiyyət strukturunun razılaşdırılması.

    Səhmdarların tərkibində və son benefisiarlarda edilən hər hansı dəyişiklik Ermənistan və ABŞ hökumətləri ilə əvvəlcədən razılaşdırılmalıdır.

    İnfrastruktur üzərində müstəsna hüquqlar.

    Şirkət tranzit marşrutları çərçivəsində dəmir yolu və avtomobil yollarını, həmçinin onlarla əlaqəli enerji və rəqəmsal infrastrukturu planlaşdırmaq, tikmək, istismar etmək və xidmət göstərmək hüququna malik olacaq.

    Gəlirlər və maliyyələşmə mənbələri

    Mümkün gəlir mənbələri kimi infrastruktura çıxış haqları, marşrut boyunca kommersiya fəaliyyəti, daşınmaz əmlakın icarəsi və inkişafı, xidmət haqları, eləcə də xüsusi təyinatlı təşkilatların gəlirləri göstərilir.

    Suverenlik və nəzarət

    Ayrı bir bölmədə vurğulanır ki, Ermənistan aşağıdakı səlahiyyətləri özündə saxlayır:

    • öz ərazisində qanunvericilik, tənzimləyici və məhkəmə yurisdiksiyası;
    • milli təhlükəsizlik və hüquq-mühafizə fəaliyyətinə nəzarət;
    • gömrük və sərhəd nəzarəti, həmçinin vergilərin, rüsumların və digər məcburi ödənişlərin yığılması səlahiyyətləri.

    Sərhəd və gömrük prosedurları

    Çərçivə sazişi “front-ofis – back-ofis” modelinin tətbiqini nəzərdə tutur. Şirkətlə müqavilə əsasında çalışan özəl operatorlar müştəri funksiyalarını (sənədlərin toplanması, məsləhət, koordinasiya, ödənişlərin emalı) yerinə yetirə bilərlər. Lakin gömrük rəsmiləşdirilməsi, təhlükəsizlik, miqrasiya və hüquq-mühafizə nəzarəti üzrə yekun qərarlar Ermənistanın dövlət orqanlarının səlahiyyətində qalır. Suveren funksiyaların ötürülməsinin nəzərdə tutulmadığı xüsusi vurğulanır.

    Eyni zamanda, riskə əsaslanan yoxlamaların, gömrük və sərhəd üzrə rəqəmsal sistemlərin, “vahid pəncərə” mexanizmlərinin, əvvəlcədən rəsmiləşdirmə üzrə pilot layihələrin və elektron sənəd dövriyyəsinin tətbiqi, eləcə də resurslar olduğu təqdirdə ABŞ-ın dəstəyi ilə kadrların hazırlanması planları açıqlanır.

    Kompleks sərhəd idarəetməsi

    Ermənistan müasir kompleks sərhəd idarəetmə təcrübələrinin tətbiqini davam etdirməyi planlaşdırır. ABŞ bu prosesə texniki yardım göstərə bilər, o cümlədən:

    • risk qiymətləndirilməsinə əsaslanan yoxlama və gömrük rəsmiləşdirmə prosedurları;
    • müasir yoxlama texnologiyaları;
    • rəqəmsal gömrük və sərhəd sistemləri;
    • qurumlararası əlaqələndirilmiş proseslər;
    • erməni dövlət qulluqçularının peşə bacarıqlarının inkişafı.

    Pilot layihələr

    Ermənistan aşağıdakı sahələrdə optimallaşdırma məqsədilə pilot layihələr həyata keçirməyi planlaşdırır:

    • əvvəlcədən gömrük rəsmiləşdirilməsi prosedurları;
    • rəqəmsal sənəd dövriyyəsi və emalı;
    • sərhəd-keçid məntəqələrində “vahid dayanacaq” konsepsiyası;
    • texnologiyaların tətbiqi ilə risklərin qiymətləndirilməsi;
    • qonşu ölkələrlə razılaşdırılmış sərhəd idarəetməsi.

    Qeyd edək ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

    #Azərbaycan #Avropa #Prezident İlham Əliyev #ABŞ #Ermənistan #Zəngəzur dəhlizi #Ararat Mirzoyan #Xəzər dənizi #Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu #Mərkəzi Asiya #Vaşinqton #Marko Rubio #TRIPP layihəsi #Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu #Naxçıvan Muxtar Respublikası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16

    Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

    29 Avqust 2026 18:00

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    29 Avqust 2026 17:33

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37
    XƏBƏR LENTİ

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

    Yuxuda məscid görmək necə yozulur?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.