Ermənistan Azərbaycanla dövlətlərarası münasibətlərin qurulması və TRIPP layihəsi çərçivəsində daxil olmaqla, kommunikasiyaların açılması üzərində işləyir.
#TRIPP layihəsi
Ermənistanın Sünik vilayətində keçirilən Ermənistan-İran ekspert-analitik forumu regionda nəqliyyat-kommunikasiya layihələri ətrafında geosiyasi rəqabəti yenidən gündəmə gətirib. Forumda ABŞ-ın təşəbbüsü olan TRIPP infrastruktur layihəsinə qarşı səsləndirilən mövqelər, həmçinin Azərbaycan və ABŞ-ın iştirakı ilə razılaşdırılmış nəqliyyat kommunikasiyalarının açılmasının ləngidilməsinə yönələn çağırışlar diqqət çəkib.
Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə edib.
TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) əlaqəlilik baxımından strateji əhəmiyyətə malik dəhlizdir. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
Azərbaycan Amerika Birləşmiş Ştatları (ABŞ) arasında Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsi üzrə müzakirələr aparılıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib. "ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunda köməkçi katibin baş məsləhətçisi Rebecca Neff və ABŞ Ticarət və İnkişaf Agentliyində Avropa və Avrasiya üzrə ölkə meneceri Sarah Leminqnin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və iqtisadi əlaqələrin gücləndirilməsi üçün əlverişli mühitin formalaşdığını vurğuladıq.
Ermənistan Xarici İşlər Nazirliyi “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin icra qaydasını müəyyən edən sənədi dərc edib. Sənəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında ötən gün Vaşinqtonda keçirilmiş görüşün yekunlarına əsasən təqdim olunub.
TRIPP sülhə aparan yolda mühüm mərhələdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib.
Ümid edirəm ki, Ermənistan TRIPP layihəsi üzrə öhdəliklər götürəndə, yəqin ki, dəmir yol sisteminin Rusiya nəzarətində olmasını nəzərə alıb
TRIPP öhdəliklərinin yerinə yetirilməsi vacibdir
Azərbaycan–Türkiyə münasibətləri bu gün tarixin ən yüksək inkişaf mərhələsini yaşayır.
Energetika naziri Pərviz Şahbazovla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon arasında görüş olub. Görüşdə hazırda Vaşinqtonda Azərbaycanla əlaqələrin inkişafına böyük maraq və müsbət münasibətin olduğu qeyd edilib. Azərbaycan-ABŞ enerji əməkdaşlığının yeni mərhələdə inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Bu çərçivədə energetika nazirinin ABŞ-yə səfərinin nəticələri nəzərdən keçirilib. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının enerji istiqaməti, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), müxtəlif istiqamətli enerji layihələri və digər prioritet sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.