#Naxçıvan Muxtar Respublikası

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Səfər avqustun 11-də həyata keçirilib. Məlumat Azərbaycan Prezidentinin Mətbuat Xidməti tərəfindən yayılıb. Səfərin məqsədi və proqramı barədə ətraflı məlumat verilməyib. Naxçıvan Azərbaycanın strateji əhəmiyyətli bölgələrindən biri hesab olunur. Prezident İlham Əliyev əvvəlki illərdə də Naxçıvana səfərlər edib. Bu səfərlər zamanı müxtəlif inkişaf layihələri və infrastruktur işləri diqqət mərkəzində olub.

Cari ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin ötən ilə nisbətən 807 milyon manat çox olmaqla 8,5 mlrd. manat, həmçinin dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin ötən illə müqayisədə 121,2 mln. manat çox olmaqla 4 mlrd. 873 mln. manat olması nəzərdə tutulub. Qeyd edilən göstəricilər sosial müdafiə sahəsinə ayrılan vəsaitlərdə ciddi artımların 2026-cı ildə də davam etdiyini göstərir.

Ermənistan Xarici İşlər Nazirliyi “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin icra qaydasını müəyyən edən sənədi dərc edib. Sənəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında ötən gün Vaşinqtonda keçirilmiş görüşün yekunlarına əsasən təqdim olunub.

Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydər oğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb.