Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ölkədə müxtəlif icmaların və milli azlıqların adından çıxış edərək media fəaliyyəti göstərən informasiya resursları ilə bağlı bəyanat yayıb. Agentlik bütün media subyektlərinin qanunvericiliyin tələblərinə əməl etməli olduğunu bildirib.

    VOA xəbər verir ki, bəyanatda Azərbaycan ərazisində media fəaliyyəti həyata keçirən bütün subyektlərin “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməsinin və qanunvericiliklə müəyyən edilmiş qaydada “Media Reyestri” İnformasiya Sistemində mövcud olmasının vacibliyi vurğulanıb.

    Agentlik özünü Azərbaycan Yəhudi Media Mərkəzinin və yəhudi əsilli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış informasiya portalı kimi təqdim edən “Ajmedia.news” saytının “Media Reyestri” İnformasiya Sistemində mövcud olmadığını açıqlayıb.

    Bəyanatda, həmçinin saytın yayımladığı materiallarda media etikası tələblərinə riayət etmədiyi bildirilib. Agentlik “Media haqqında” Qanunun tələblərinin pozulması ilə əlaqədar sözügedən informasiya resursu barədə məhkəmə tərəfindən müvafiq qərarın qəbul edildiyini qeyd edib.

    Medianın İnkişafı Agentliyinin məlumatına görə, məhkəmə qərarı ilə “Ajmedia.news” saytının fəaliyyəti qanunsuz hesab edilib.

    Agentlik vurğulayıb ki, hər hansı icmanın və ya sosial qrupun adından çıxış edərək media fəaliyyəti həyata keçirən subyektlər də qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər.

    Bəyanatda belə media subyektlərinin hüquqi və peşəkar statusları, fəaliyyət istiqamətləri və təmsilçilik xüsusiyyətləri barədə ictimaiyyətə düzgün, obyektiv və şəffaf məlumat verməsinin vacibliyi xüsusi qeyd olunub.

    #Azərbaycan #Medianın İnkişafı Agentliyi #məhkəmə #MEDİA #Media haqqında Qanun #Media Reyestri #Ajmedia.news #İnformasiya resursları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    27 Avqust 2026 15:51

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    27 Avqust 2026 13:40

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

    26 Avqust 2026 19:31

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    26 Avqust 2026 18:46
    XƏBƏR LENTİ

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    Fələstin XİN israilli məskunlaşanların hücumlarının artması barədə xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.