#Prezident İlham Əliyev

"“Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir. “Sabah” klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!".

"Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı Azərbaycanın mövqeyi hər zaman qəti olub və buna görə də həmişə yüksək qiymətləndirilib. Birlikdə zamanın sınağından çıxmış iqtisadi əməkdaşlığımızı inkişaf etdirməyə, enerji və təhlükəsizlik sahələrində yeni istiqamətlər açmağa və ehtiyac yarandıqda bir-birimizə kömək əlini uzatmağa davam edirik. Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq daha da möhkəmlənəcək", - deyə paylaşımda qeyd edilib.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri avqustun 24-də başa çatıb. Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyeva Buxaradan yola düşüblər. Onları Buxara Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva yola salıblar. Səfər çərçivəsində Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafı müzakirə olunub. Siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Sərmayə və nəqliyyat sahələrində tərəfdaşlığın inkişafı məsələləri də gündəmdə olub. İki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi vurğulanıb. Dövlət səfəri Bakı ilə Daşkənd arasında əlaqələrin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.