Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Fələstin
    Fələstin

    Netanyahu üçün həyəcan siqnalı - Likud seçkilərdə məğlub ola bilər

    27 Avqust 2026 09:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahu üçün həyəcan siqnalı - Likud seçkilərdə məğlub ola bilər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    İsrailin Baş naziri Binyamin Netanyahu seçkiqabağı qapalı görüşlərdə Likud Partiyasının 10 mandat itirdiyini və vəziyyət dəyişməsə, seçkilərdə məğlub ola biləcəklərini etiraf edib.

    İsrailli deputatın Fələstin memorialını dağıtması İsraildə qalmaqala səbəb oldu İsrailli deputatın Fələstin memorialını dağıtması İsraildə qalmaqala səbəb oldu

    İsrailin ictimai yayım qurumu KAN-ın məlumatına görə, Netanyahu oktyabrın 27-də keçirilməsi planlaşdırılan parlament seçkiləri öncəsi partiyasının mövqeyini müzakirə edib. Baş nazirin qapalı toplantılardan birində “10 mandat itirmişik və onları necə geri qaytaracağımızı bilmirəm” dediyi bildirilir.

    Məlumata əsasən, Netanyahu vəziyyətin dəyişməyəcəyi təqdirdə rəhbərlik etdiyi Likud Partiyasının seçkilərdə məğlub ola biləcəyini düşünür. Onun seçki kampaniyasının strategiyasını hələ müəyyənləşdirmədiyi və öz mövqeyini əlverişli göstərən sorğulara da şübhə ilə yanaşdığı qeyd olunur.

    Netanyahunun fikrincə, Likudun real vəziyyəti bəzi sorğularda göstəriləndən daha pis ola bilər.

    Likud iddiaları təkzib edib

    Likud Partiyası KAN-a açıqlamasında xəbəri rədd edib və məlumatı “yalan xəbər” adlandırıb.

    Partiyanın açıqlamasında bildirilib ki, “Likud Binyamin Netanyahunun rəhbərliyi ilə seçkilərdə qalib gələcək”.

    Bununla belə, İsrail mediasında yayımlanan müxtəlif rəy sorğuları müxalifətin seçki yarışında önə çıxdığını göstərir. Sağ yönümlü media orqanlarının bəzi sorğularında isə Netanyahu və Likud daha güclü mövqedə təqdim olunur.

    Müxalifət bloku öndədir

    Kanal 13-ün son sorğusuna əsasən, seçkilər hazırda keçirilsəydi, Qadi Eyzenkotun rəhbərlik etdiyi “Yashar” Partiyası 24, Likud isə 19 mandat qazanardı.

    Sorğuda Eyzenkotun rəhbərlik etdiyi müxalifət blokunun 57, Netanyahu koalisiyasının isə 48 mandat əldə edəcəyi proqnozlaşdırılıb. İsrail vətəndaşı olan fələstinliləri təmsil edən partiyaların isə 15 mandat qazanacağı bildirilib.

    120 yerlik Knessetdə hökumət qurmaq üçün ən azı 61 deputatın dəstəyi tələb olunur.

    Baş nazirliyə kimin daha uyğun olduğu ilə bağlı sualda da Eyzenkot üstünlük əldə edib. Respondentlərin 46 faizi Eyzenkotu, 35 faizi isə Netanyahunu seçib. 19 faiz iştirakçı isə qərarsız qalıb.

    76 yaşlı Netanyahu 2022-ci ilin dekabrından İsrail hökumətinə rəhbərlik edir. Onun hakimiyyəti dövründə ölkə həm daxili siyasi böhranlar, həm də Qəzza müharibəsi fonunda ciddi təzyiqlərlə üzləşib.

    #Likud Partiyası #Binyamin Netanyahu #İsrail siyasəti #İsrail müxalifəti #İsrail seçkiləri 2026 #İsrail siyasi böhranı #Qadi Eyzenkot #Knesset seçkiləri #İsrail parlament seçkiləri #İsrail seçki kampaniyası #Netanyahu seçki sorğusu #Netanyahu hökuməti #Likudun mandat itkisi #İsrail ictimai rəyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailli deputatın Fələstin memorialını dağıtması İsraildə qalmaqala səbəb oldu

    25 Avqust 2026 21:03

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    22 Avqust 2026 09:00

    Türkiyədən Netanyahu barədə qırmızı bülleten tələbi: Sumud Donanması işi üzrə proses genişlənir

    21 Avqust 2026 16:21

    Tramp və Netanyahu seçki dilemması ilə üz-üzə - Ziddiyətlər niyə artır?

    21 Avqust 2026 09:00

    Netanyahu Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsinə razılıq verməyib

    20 Avqust 2026 15:31

    İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib

    20 Avqust 2026 14:13

    Netanyahunun Likud partiyası seçkilər öncəsi namizədlərini müəyyənləşdirib

    18 Avqust 2026 09:55

    Netanyahu Qəzza məsələsində Trampa qarşı çıxır - səbəb nədir?

    13 Avqust 2026 09:00

    İsraildə 27 Oktyabr seçkiləri - Liberal demokratiya ilə dindar-mühafizəkar model arasında tarixi seçim olacaq

    11 Avqust 2026 09:01

    Netanyahu Qəzzada atəşkəsin ikinci mərhələsini qəbul etməyib

    9 Avqust 2026 18:30

    Qəzzada atəşkəsin ikinci mərhələsi üçün ABŞ İsrailə təzyiqi artırır

    8 Avqust 2026 17:51

    İsrail siyasi partiyaları yəhudi yaşayış məntəqələrinə necə yanaşır?

    8 Avqust 2026 09:00
    XƏBƏR LENTİ

    Qətərin Baş naziri Tehrana gedir

    Kolumbiya narkotik qaçaqmalçıları üçün üzən həbsxanalar hazırlayacaq

    11 sentyabrın əsas şübhəlisi nə vaxt mühakimə olunacaq?

    Əsəd rejiminin daha iki yüksək rütbəli zabiti saxlanıldı

    ABŞ Asiyada Çinə qarşı zəifləyir?

    QatarEnergy yeni LNG tankerini istifadəyə verib

    Əlcəzairdə meşə yanğınları niyə nəzarətdən çıxır? 12 nəfər öldü

    Türk donanmasında PUA inqilabı - KALKAN korvet və desant gəmilərinin göyərtəsində

    İsrailin Livana zərbələri davam edir

    Netanyahu üçün həyəcan siqnalı - Likud seçkilərdə məğlub ola bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.