BAKI,VOA Orxan Qədirzadə
ABŞ və Kolumbiya narkotik qaçaqmalçılığı ilə mübarizədə hərbi və təhlükəsizlik əməkdaşlığını gücləndirir.
ABŞ Cənub Komandanlığının rəhbəri Fransis Donovan Kolumbiyaya səfər edərək ölkənin yeni hərbi rəhbərliyi ilə birgə əməliyyatları və təhlükəsizlik tərəfdaşlığını müzakirə edib. Kolumbiya Prezidenti Abelardo de Lasperiya da narkotik qaçaqmalçılığı ilə məşğul olan silahlı qruplara qarşı sərt kampaniya vəd edib.
Kolumbiya hökuməti dənizdə saxlanılan təhlükəli cinayətkarların yerləşdirilməsi üçün həbsxana kimi istifadə ediləcək gəmilərin hazırlanmasını da nəzərdən keçirir.
Bu arada ABŞ ordusu Karib dənizində narkotik daşımada şübhəli bilinən gəmiyə zərbə endirib. ABŞ Cənub Komandanlığı əməliyyat zamanı 4 nəfərin öldürüldüyünü açıqlayıb.
ABŞ ordusunun 2025-ci ilin sentyabrından etibarən Karib dənizi və Sakit okeanın şərq hissəsində narkotik daşınmasında şübhəli bilinən gəmilərə qarşı həyata keçirdiyi zərbələr nəticəsində 210-dan çox insanın öldüyü bildirilir. Hüquq müdafiə təşkilatları və BMT-nin müstəqil ekspertləri bu əməliyyatların qanunsuz məhkəməsiz edam xarakteri daşıdığını bildiriblər.