"Ən-Nüqyan" (Al Nigyan) adlı nəhəng mayeləşdirilmiş təbii qaz (LNG) tankeri mayeləşdirilmiş qaz daşıma donanmasının genişləndirilməsi və "Şimal sahəsi"ndən (North Field) qaz hasilatının artırılması planlarının dəstəklənməsi proqramı çərçivəsində "Qətər Enerji" (QatarEnergy) şirkətinin donanmasına qoşulub.
QatarEnergy Aİ-yə tədarükü dayandıra bilər
Tutum həcmi təxminən 174 min kubmetr təşkil edən tanker "QatarEnergy" üçün icarəyə götürülən gəmilər seriyası çərçivəsində Cənubi Koreyanın "HD Hyundai Heavy Industries" gəmiqayırma şirkəti tərəfindən inşa edilib.
"Ən-Nüqyan" əməliyyat fəaliyyətinə başlamaq üçün hazırlanan və ümumilikdə 10 LNG tankerindən ibarət olan seriyanın səkkizinci gəmisidir.