Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Şimali Afrika / Əlcəzair
    Əlcəzair

    Əlcəzairdə meşə yanğınları niyə nəzarətdən çıxır? 12 nəfər öldü

    27 Avqust 2026 09:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əlcəzairdə meşə yanğınları niyə nəzarətdən çıxır? 12 nəfər öldü
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Əlcəzairdə meşə yanğınları nəticəsində azı 12 nəfər həyatını itirib, alovun yaşayış məntəqələrinə yaxınlaşması səbəbilə ölkənin şərqində təxliyə tədbirləri həyata keçirilir.

    Əlcəzair Daxili İşlər naziri Səid Sayudun sözlərinə görə, ölənlərdən 5-i Jijel, 4-ü Bejaia, 3-ü isə Tizi Uzu vilayətlərində qeydə alınıb.

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    Mülki Müdafiə Xidmətinin məlumatına əsasən, ölkənin şərqində 16 vilayəti əhatə edən 159 meşə və bitki örtüyü yanğını qeydə alınıb. Onlardan 90-ı söndürülüb, 69 yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

    Jijel vilayətində alov yaşayış ərazilərinə çatdığı üçün sakinlər bəzi yaşayış məntəqələrindən təhlükəsiz ərazilərə təxliyə edilib. Yanğınlarla mübarizədə həm hava, həm də quru qüvvələrindən istifadə olunur.

    Yanğınlar ölkədə havanın kəskin istiləşdiyi bir vaxta təsadüf edib. Meteoroloqlar bəzi ərazilərdə temperaturun 49 dərəcəyədək yüksələcəyini proqnozlaşdırıblar.

    Əlcəzairdə meşə yanğınları son illərdə quraqlıq və yüksək temperatur fonunda daha da intensivləşib. Mayın 1-dən iyulun 20-dək ölkədə təxminən 4 min yanğın qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 167 faiz çoxdur.

    #meşə yanğınları #İqlim dəyişikliyi #Əlcəzairdə meşə yanğınları #Əlcəzair yanğınları #Bejaia meşə yanğınları #Tizi Uzu yanğınları #meşə yanğınlarının səbəbləri #Əlcəzairdə istilik dalğası #49 dərəcə temperatur #meşə yanğınlarında ölənlər #Əlcəzair təxliyə #quraqlıq və meşə yanğınları #Aralıq dənizi ölkələrində yanğınlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    23 Avqust 2026 04:00

    Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir

    22 Avqust 2026 19:44

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39

    Avropa daha isti gələcəyə hazırdırmı?

    14 Avqust 2026 06:00

    Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

    28 İyul 2026 21:28

    Türkiyə Fransaya yardım göndərdi - Makron türkcə təşəkkür etdi

    28 İyul 2026 13:14

    Fransada meşə yanğınları - 197 mindən çox insan təxliyə edilib

    25 İyul 2026 19:56

    Kanadada meşə yanğınlarının genişlənməsinə nə səbəb olub?

    24 İyul 2026 21:40

    Azərbaycan və Rusiya arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub

    23 İyul 2026 19:36

    Portuqaliya meşə yanğınları təhlükəsinə görə Avropa İttifaqı, İspaniya və Mərakeşdən dəstək istəyib

    3 İyul 2026 21:59

    Türkiyədə təbii fəlakətlərin statistikası - Son illərdə hansı hadisələr artıb? (ÖZƏL)

    3 İyul 2026 14:29

    Fransada isti havalardan dolayı ölüm halları 30 faiz artıb

    3 İyul 2026 11:49
    XƏBƏR LENTİ

    Qətərin Baş naziri Tehrana gedir

    Kolumbiya narkotik qaçaqmalçıları üçün üzən həbsxanalar hazırlayacaq

    11 sentyabrın əsas şübhəlisi nə vaxt mühakimə olunacaq?

    İran rejiminingələcək ssenariləri - Məzhəbçilik, silahlı qruplar və qapalı ideologiya

    Əsəd rejiminin daha iki yüksək rütbəli zabiti saxlanıldı

    ABŞ Asiyada Çinə qarşı zəifləyir?

    QatarEnergy yeni LNG tankerini istifadəyə verib

    Əlcəzairdə meşə yanğınları niyə nəzarətdən çıxır? 12 nəfər öldü

    Türk donanmasında PUA inqilabı - KALKAN korvet və desant gəmilərinin göyərtəsində

    İsrailin Livana zərbələri davam edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.