İsrailin Baş naziri Binyamin Netanyahu seçkiqabağı qapalı görüşlərdə Likud Partiyasının 10 mandat itirdiyini və vəziyyət dəyişməsə, seçkilərdə məğlub ola biləcəklərini etiraf edib. İsrailin ictimai yayım qurumu KAN-ın məlumatına görə, Netanyahu oktyabrın 27-də keçirilməsi planlaşdırılan parlament seçkiləri öncəsi partiyasının mövqeyini müzakirə edib. Baş nazirin qapalı toplantılardan birində “10 mandat itirmişik və onları necə geri qaytaracağımızı bilmirəm” dediyi bildirilir.
#Likud Partiyası
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasının üzvləri oktyabrın 27-də keçiriləcək parlament seçkiləri öncəsi namizədləri müəyyənləşdirib. Partiyanın 140 min üzvü ilkin səsvermədə iştirak edib. Netanyahu isə parlament siyahısında təxminən 10 yeri özü müəyyənləşdirmək səlahiyyətini saxlayıb. İctimai rəy sorğularında Likudun parlamentdəki mandatlarının hazırkı 32 yerdən 22-yə qədər azalmasının mümkün olduğu göstərilir. Bu, uzun müddətdir İsrail siyasətində dominant mövqedə olan Netanyahu üçün seçkilərdə ciddi rəqabət deməkdir.
İsrail Baş Naziri Benyamin Netanyahu növbəti seçkidə iştirak edəcəyini açıqlayıb. ABŞ Prezidenti Donald Trampın Netanyahu ilə bağlı şübhəli açıqlamasından sonra Likud Partiyası mövqeyini təsdiqləyib. Seçkilər oktyabr ayına qədər keçiriləcək və bu İsrailin 2023-cü ilin oktyabrında baş vermiş Qəzza savaşından sonra keçirilən ilk parlament seçkisi olacaq. Netanyahu 2022-ci ilin dekabrında hakimiyyətə qayıtdıqdan sonra çətin və gərgin dönəmlə üzləşib, koalisiyaya rəhbərlik edir, təkrar anti-hökumət etirazlarına, həmçinin bir neçə korrupsiya işinə cavab verir. Bu seçki onun siyasi gələcəyi və koalisiyanın mövqeyi üçün kritik əhəmiyyət daşıyır.
İsraildə siyasi mənzərə sürətlə dəyişir. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətə ictimai etimadın azalması, müharibənin nəticələri ətrafında davam edən müzakirələr və təhlükəsizlik sahəsində yaranan suallar ölkədə yeni siyasi fiqurların ön plana çıxmasına şərait yaradıb. Bu prosesdə diqqət mərkəzinə keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot çıxıb. Son ictimai rəy sorğuları onun gələcəkdə baş nazir postu uğrunda Netanyahuya ciddi rəqib ola biləcəyini göstərir.
İsrailin baş naziri Benyamin Netanyahu, Qəzza zolağında ölkəsinin təhlükəsizliyini və qələbəsini təmin edəcək “beş əsas prinsipi” açıqlayıb. Netanyahu bildirib ki, bu prinsiplər İsrailin təhlükəsizliyini təmin edəcək.
Avropa İttifaqı (Aİ) bəyan edib ki, İsrail və Fələstin ərazilərində beynəlxalq hüquqa uyğun olaraq tərəflərin razılığı olmadan aparılan istənilən ərazi dəyişikliyi qəbul edilmir.
İsraildə Ultra-Ortodoks yəhudilərin (Haredilərin) hərbi xidmətə cəlb olunmaması məsələsində israr edən baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi Likud Partiyasının deputatı Yuli Edelşteyn parlamentdəki komitə sədri vəzifəsindən uzaqlaşdırılıb.