Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Tramp Hörmüz boğazının idarə edilməsi üçün İranla ortaq layihə təklif edib

    8 Aprel 2026 20:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp Hörmüz boğazının idarə edilməsi üçün İranla ortaq layihə təklif edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp, İranla əldə olunan və İsraili də əhatə edən iki həftəlik müvəqqəti atəşkəsdən sonra bölgənin gələcəyi ilə bağlı mühüm açıqlamalar verib.

    VOA xəbər verir ki, Tramp strateji əhəmiyyətli Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün İranla "ortaq bir girişim" (joint venture) modelini dəyərləndirdiyini bildirib.

    İranın Hörmüz boğazından keçən gəmilərdən keçid haqqı alıb-almayacağı ilə bağlı suala cavab verən Tramp, bu məsələyə müsbət yanaşdığını sezdirib: "Bunu ortaq bir layihə kimi reallaşdırmağı düşünürük. Bu, boğazın təhlükəsizliyini təmin etməyin və onu kənar təhdidlərdən qorumağın bir yolu olacaq. Bu, hər kəs üçün gözəl bir həll ola bilər."

    Atəşkəsə baxmayaraq, Tramp İranın nüvə ambisiyaları ilə bağlı qəti mövqe nümayiş etdirib. O, "İranda uranın zənginləşdirilməsi olmayacaq" deyərək, bu məsələnin müzakirə mövzusu olmadığını vurğulayıb. Eyni zamanda, ABŞ hərbçilərinin regionu tərk etməyəcəyini qeyd edən Prezident, sülh danışıqlarının aprelin 10-da başlamasını gözlədiyini və Çinin də bu prosesdə müəyyən rol oynadığını bildirib.

    Xatırladaq ki, fevralın 28-dən bəri davam edən və qarşılıqlı raket zərbələri ilə genişmiqyaslı müharibəyə çevrilən gərginlikdən sonra Tramp 8 aprel saat 01:30 radələrində atəşkəsi qəbul etdiyini elan edib. Atəşkəsin əsas şərti Hörmüz boğazının dərhal naviqasiya üçün açılması olub. Türkiyə, Pakistan və Misirin vasitəçiliyi ilə əldə olunan bu razılaşma üzrə yekun danışıqların yaxın 15 gün ərzində İslamabadda başa çatdırılması hədəflənir. Lakin İsrail rəhbərliyi atəşkəsi dəstəkləsə də, Livanın bu sazişə daxil olmadığını iddia edərək şimal qonşusuna hücumlarını davam etdirir.

    #Donald Tramp #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #Hörmüz boğazı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    Trampın Venesuela açıqlaması - ABŞ neft ehtiyatlarını ikiqat artıra bilərmi?

    29 Avqust 2026 10:19

    ABŞ sanksiyaları İran iqtisadiyyatına təzyiqi artırır

    29 Avqust 2026 10:12

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    28 Avqust 2026 22:24

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    28 Avqust 2026 21:13

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    28 Avqust 2026 20:36
    XƏBƏR LENTİ

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.