Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    İranda 4 mindən çox mülki bina zərər görüb - Qızıl Aypara cəmiyyəti

    6 Mart 2026 12:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranda 4 mindən çox mülki bina zərər görüb - Qızıl Aypara cəmiyyəti
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivənd ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölkə daxilində 4 mindən çox mülki binanın ciddi zərər gördüyünü açıqlayıb.

    VOA xəbər verir ki, "Mehr" xəbər agentliyinə danışan Kolivənd qeyd edib ki, indiyədək 3 min 646 yaşayış evi və mülki tikili hücumlara məruz qalıb, 528 ticarət obyekti isə tamamilə məhv edilib. Hücumların miqyası səhiyyə infrastrukturundan da yan keçməyib; İranlı rəsminin sözlərinə görə, 3 xəstəxana fəaliyyətini tamamilə dayandırmalı olub, 14 tibb mərkəzi isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb.

    Bu dağıntılar fevralın 28-də Tehran və Vaşinqton administrasiyaları arasında danışıqların davam etdiyi bir vaxtda İsrail və ABŞ-ın İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatların nəticəsidir. İran tərəfi bu zərbələrə cavab olaraq İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi region ölkələrindəki müəyyən hədəfləri raket atəşinə tutub. Münaqişənin gedişində İranın ali lideri Ayətullah Əli Xameneyi də daxil olmaqla bir çox yüksək rütbəli rəsmi həlak olub, ölkənin müxtəlif şəhərlərində isə minlərlə insanın həyatını itirdiyi bildirilir.

    Hazırda İranın bir çox bölgəsində humanitar vəziyyət kritik həddə çatıb. Tibb mərkəzlərinin sıradan çıxması yaralıların müalicəsini çətinləşdirir, mülki binaların dağılması isə minlərlə ailənin sığınacaqsız qalmasına səbəb olub. Beynəlxalq humanitar təşkilatlar bölgədəki mülki itkilərin və infrastruktur dağıntılarının qarşısının alınması üçün təcili atəşkəs çağırışlarını davam etdirirlər.

    #Vaşinqton #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail İran münaqişəsi #İsrail İran münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    3 Sentyabr 2026 09:48

    ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

    2 Sentyabr 2026 09:15

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    1 Sentyabr 2026 21:21

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    Hərbi gücümüzün məhv edilməsi barədə iddialar yalandır - İran generalı

    29 Avqust 2026 14:18

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    28 Avqust 2026 20:36

    İran ABŞ-yə neft xəbərdarlığı etdi: “Biz sata bilmiriksə, heç kim sata bilməyəcək”

    28 Avqust 2026 14:25

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.