Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    İran raket proqramının müdafiə xarakterli olduğunu bəyan edib

    22 Dekabr 2025 15:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran raket proqramının müdafiə xarakterli olduğunu bəyan edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran bazar ertəsi günü raket proqramının sırf müdafiə məqsədi daşıdığını və hücumların qarşısını almağa yönəldiyini bəyan edərək, ölkənin raket arsenalının müzakirə mövzusu olmadığını bildirib.

    AzerVoice xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında bildirib ki, ölkənin raket proqramı İran ərazisini qorumaq məqsədilə hazırlanıb və danışıqlar predmeti deyil.

    “İranın raket proqramı ölkənin ərazi bütövlüyünü müdafiə etmək üçün inkişaf etdirilib, bu, müzakirə mövzusu deyil. Aqressorları İranı hədəfə almaq fikrindən daşındırmaq üçün nəzərdə tutulan müdafiə imkanlarımız danışıla bilməz,” – deyə Bəqayi vurğulayıb.

    Qeyd edək ki, İsrail iyun ayında baş verən və 12 gün davam edən müharibə zamanı İranın ballistik raketlərini və nüvə proqramını zərərsizləşdirmək istədiyi iki əsas təhdid kimi təqdim edib.

    İranın ballistik imkanları İsraili hədəf məsafəsində saxlayır. İsrailin müharibəyə səbəb olan misli görünməmiş hücumlarından sonra Tehran İsrail şəhərlərinə doğru raket və pilotsuz uçuş aparatları ilə cavab zərbələri endirib.

    ABŞ-ın NBC telekanalının məlumatına görə, İsrail İranın müharibədən sonra raket istehsalını bərpa etməyə və genişləndirməyə çalışmasından getdikcə daha çox narahatlıq keçirir və bu səylərin qarşısını almaq üçün yenidən hücum variantlarını nəzərdən keçirir.

    Məlumata əsasən, İsrailin baş naziri Benyamin Netanyahu bu ayın sonunda ABŞ-a planlaşdırılan səfəri zamanı Prezident Donald Trampa ABŞ-ın mümkün yeni hərbi əməliyyatlara qoşulması və ya dəstək verməsi ilə bağlı variantlar təqdim etməyi planlaşdırır. Bu barədə birbaşa məlumatlı mənbə və keçmiş ABŞ rəsmilərinə istinadən NBC xəbər yayıb.

    Son müharibə zamanı İsrail İranın hərbi obyektlərinə, nüvə təsisatlarına və yaşayış məntəqələrinə zərbələr endirib. Hücumlar nəticəsində mindən çox insan həlak olub. İsrail tərəfi isə İranın ərazisinə 50-dən çox raketin düşdüyünü, bunun nəticəsində 28 nəfərin öldüyünü açıqlayıb.

    ABŞ qısa müddətə İsraillə birlikdə İranın nüvə obyektlərinə zərbələr endirib, daha sonra isə atəşkəs elan olunub.

    Xatırladaq ki, İran bir zamanlar silahlarının böyük hissəsini ABŞ-dan alırdı. Lakin 1979-cu il İslam İnqilabından sonra diplomatik münasibətlərin kəsilməsi fonunda ölkə öz daxili silah sənayesini inkişaf etdirməyə məcbur olub.

    #İran #İran XİN #ballistik raket #İran ballistik raketləri #İran raket proqramı #İsrail və İran gərginliyi #İsmayıl Bəqai #İsrailin İran hücum planı #İran-İsrail qarşıdurması #İsrail-İran müharibəsi #İsrail İran münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

    2 Sentyabr 2026 09:15

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    1 Sentyabr 2026 22:45

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    1 Sentyabr 2026 21:21

    Dəniz mühasirəsi zamanı 84 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

    1 Sentyabr 2026 20:31

    ABŞ mühasirəni gücləndirsə, İran hərbi cavab verəcək - Qalibaf

    1 Sentyabr 2026 20:28

    İran üzərində iqtisadi təzyiqi artıracağıq - Skott Bessent

    1 Sentyabr 2026 20:26

    ABŞ gəmilərə Hörmüz boğazından keçidlə bağlı “yalan təminatlar” verir - Qalibaf

    1 Sentyabr 2026 20:18

    Düşmən raketlərimizin qarşısını ala bilməz - Qalibaf

    1 Sentyabr 2026 20:16

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyik - İran

    1 Sentyabr 2026 18:42

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    1 Sentyabr 2026 18:30
    XƏBƏR LENTİ

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

    KƏŞ ölkələrində yeni dövr - Vahid turist vizası və birgə strategiya bəhrəsini verir

    Misirin Sinay yarımadasında avtobus qəzasında 16 nəfər ölüb

    Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir

    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub

    Prezident İlham Əliyev: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır

    Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.