BAKI,VOA,Vüsalə Əzimzadə
Türkiyənin Mərmərə dənizində iki yük gəmisinin toqquşması nəticəsində gəmilərdən biri batıb, onun 10 nəfərlik heyəti ilə əlaqə kəsilib.
VOA məlumat verir ki,hadisə İstanbulun cənub-qərbində, Mərmərə dənizində baş verib. Türkiyə Dənizçilik Baş İdarəsinin məlumatına görə, “Tugberk İmamoglu” adlı gəmi digər gəmi ilə toqquşduqdan sonra heç bir çağırışa cavab verməyib və ekipaj üzvlərinin mobil telefonlarına da zəng çatmayıb.
İstanbul qubernatorluğu bildirib ki, hər iki gəmi Türkiyə bayrağı altında üzürdü. Toqquşmadan sonra Sahil Mühafizəsinin gəmiləri və helikopterlər hadisə yerinə göndərilib və axtarış-xilasetmə əməliyyatına başlanılıb.
İlkin məlumata görə, digər gəmidə heç bir zərər qeydə alınmayıb. Batdığı ehtimal olunan gəminin 10 nəfərlik heyətinin taleyi barədə hələlik məlumat yoxdur.