BAKI,VOA,Yusif Şərifzadə
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin hərbi imkanlarını qarşı tərəfdən daha sürətlə bərpa etdiyini bildirib. Onun sözlərinə görə, İran hər yeni qarşıdurma mərhələsində hərbi imkanlarını daha da gücləndirir.
VOA xəbər verir ki, İranın “Fars” xəbər agentliyinin yaydığı açıqlamada Məhəmməd Bağır Qalibaf İran silahlı qüvvələrinin qarşıdurmanın hər növbəti mərhələsində əvvəlkindən daha yaxşı nəticə göstərdiyini söyləyib.
Qalibaf bildirib ki, İran qarşı tərəfdə ölkənin raketlərinin qarşısının alınmasının mümkün olmadığı qənaətini formalaşdırıb. O, İranın raket imkanlarının gələcək mümkün qarşıdurmalarda da mühüm üstünlük yaradacağını iddia edib.
İran parlamentinin sədri gələcəkdə yeni hərbi qarşıdurmaların baş verəcəyi təqdirdə ölkəsinin həm keyfiyyət, həm də kəmiyyət baxımından daha böyük üstünlüyə malik olacağını bildirib.
Qalibafın açıqlaması bölgədə hərbi və siyasi gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.