BAKI,VOA,Vüsalə Əzimzadə
Səudiyyə Ərəbistanının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman Oman Sultanı Heysəm bin Tariqlə regiondakı vəziyyəti və təhlükəsizlik və sabitliyin qorunması istiqamətində səyləri müzakirə edib. Bu barədə “Asharq Al-Awsat” məlumat yayıb.
VOA məlumat verir ki, Ciddədə keçirilən görüşdə tərəflər iki ölkə arasında qardaşlıq münasibətlərini, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrini və onun inkişaf etdirilməsi imkanlarını nəzərdən keçiriblər.
Oman Xəbər Agentliyinin məlumatına görə, liderlər regionda baş verən əsas hadisələr və gərginliyin azaldılması, sülhün təmin edilməsi, dövlətlərin və xalqların təhlükəsizliyinin, eləcə də iqtisadiyyat və maraqlarının qorunmasına yönəlmiş həll yolları barədə fikir mübadiləsi aparıblar.
Görüş Oman Sultanının Səudiyyə Ərəbistanına səfəri çərçivəsində baş tutub. Səfərin regionda təhlükəsizlik və sabitliklə bağlı məsələlərin müzakirə edildiyi bir vaxtda keçirildiyi bildirilir.