Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    “The Oligarch’s Design” sənədli filmi təqdim edilib

    20 Dekabr 2025 12:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “The Oligarch’s Design” sənədli filmi təqdim edilib
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI, AzerVoice

    Dekabrın 19-da Nizami Kino Mərkəzində “AnewZ” Beynəlxalq Televiziyasının araşdırma seriyasından olan “The Oligarch's Design” sənədli filminin rəsmi nümayişi keçirilib.

    AzerVoice xəbər verir ki, təqdimatda Milli Məclisin deputatları, Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, media subyektlərinin rəhbərləri və ictimai-siyasi şəxslər iştirak ediblər.

    “AnewZ” Beynəlxalq Televiziyasının icraçı direktoru Rüfət Həmzəyev sənədli ekran əsəri barədə məlumat verib. Onun sözlərinə görə, bu təkcə sənədli filmin premyerası deyil, həm də “AnewZ Investigations” platformasının rəsmi başlanğıcıdır. Bu sənədli film beynəlxalq araşdırma jurnalistikasının bütün istiqamətlərini özündə ehtiva edən ekran işidir.

    "The Oligarch’s Design” layihəsinin çəkilişləri bu ilin yanvar ayından etibarən 8 ölkədə həyata keçirilib və istehsal prosesi 10-11 ay davam edib. Filmin hazırlanması prosesinə 100-ə yaxın jurnalist, prodüser, operator, montajçı və tədqiqatçı cəlb olunub.

    Qeyd edilib ki, sənədli filmin əsas bölmələrindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib bölgəyə köçməsi və tanınmamış separatçı rejimin siyasi müstəvisində fəaliyyətə başlaması prosesinə həsr olunub. Bu proseslər Azərbaycan, Ermənistan və Ukraynada aparılmış araşdırmalar və müsahibələr, həmçinin deputatlar, prokurorlar, regional ekspertlər və jurnalistlərin təhlilləri əsasında təqdim olunur.

    Həmçinin diqqətə çatdırılıb ki, “AnewZ Investigations” platforması vasitəsilə kanal uzunmüddətli araşdırma jurnalistikasını dərinləşdirməni, yoxlanılmış məlumatlara əsaslanan yanaşmanı, hesabatlılığı və güc mexanizmlərinin ictimai diqqətdən kənarda necə fəaliyyət göstərdiyinin daha dərindən anlaşılmasını prioritet kimi müəyyənləşdirir.

    “AnewZ” Beynəlxalq Televiziyasının baş redaktoru Qay Şoun çıxışında filmin 4 əsas istiqamətdən ibarət olduğunu deyib:

    “Birinci fəsil maliyyə arxitekturasına həsr olunub. Araşdırmalar Böyük Britaniya, Litva və Amerika Birləşmiş Ştatlarında aparılıb və “Troyka” sistemi çərçivəsində ofşor strukturlar, vasitəçi banklar və “qabıq” şirkətlərin fəaliyyəti araşdırılır. İkinci fəsil xeyriyyəçilik və humanitar təşəbbüslər mövzusuna fokuslanır. Çəkilişlər əsasən Böyük Britaniyada, qismən isə Ermənistanda aparılıb. Bu fəsil xeyriyyə narrativlərinin elit siyasi və mədəni mühitlərlə necə kəsişdiyini beynəlxalq legitimlik və reputasiyanın hansı mexanizmlərlə formalaşdığını nümayiş etdirir. Üçüncü fəsil Ukraynada müharibə şəraitində hazırlanıb. Rusiyanın genişmiqyaslı işğalı fonunda logistika sanksiyaları və maliyyə şəbəkələrini təhlil edir. Bu hissə sahə reportajına təhlükəsizlik yanaşmasına və siyasətçilərlə analitiklərin birbaşa şahid ifadələrinə əsaslanır. Dördüncü və son fəsil yenidən Cənubi Qafqaz regionuna qayıdır. Azərbaycan və Ermənistanda aparılan çəkilişlər xarici maliyyə və siyasi mexanizmlərin regional səviyyədə siyasi və təhlükəsizlik mühitinə real təsirlərini ortaya qoyur”.

    O qeyd edib ki, bütün fəsillər demək olar ki, eyni prinsiplərlə hazırlanıb. Film sübut və kontekst təqdim edir. Lakin nəticələri diktə etmir.

    Sonra qonaqlar “The Oligarch’s Design” sənədli filmini izləyiblər.

    Film xeyriyyəçilik, maliyyə arxitekturası və dəqiqliklə qurulmuş narrativlər vasitəsilə siyasi təsirin necə formalaşdırıla biləcəyini araşdırır.

    Bundan başqa, filmdə “Aurora Foundation” mövzusuna da toxunulub. Uzun illər ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslərin iştirak etdiyi platformanın nümayəndələri ilə müsahibələr aparılıb.

    Araşdırma “OSINT” məlumatlarına (açıq mənbələr üzrə kəşfiyyat), eləcə də əvvəlki beynəlxalq araşdırmaların nəticələrinə əsaslanır. Həmin araşdırmalarda ofşor strukturlar vasitəsilə milyardlarla dolların dövriyyədən keçdiyi “Troika Laundromat” maliyyə şəbəkəsi təsvir olunub. Beynəlxalq araşdırma təşkilatlarının dərc etdiyi materiallar filmin faktoloji əsasının tərkib hissəsini təşkil edir.

    #Azərbaycan #Milli Məclis #Rusiya #ABŞ #Ermənistan #Böyük Britaniya #Ukrayna #Cənubi Qafqaz #Litva #Ruben Vardanyan #Nizami Kino Mərkəzi #Troika Laundromat #Rüfət Həmzəyev #Qay Şou #Aurora Foundation #OSINT
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    22 İyul 2026 11:34

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    22 İyul 2026 10:36

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    21 İyul 2026 22:16

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    21 İyul 2026 21:59

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    21 İyul 2026 21:13

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    21 İyul 2026 20:06
    XƏBƏR LENTİ

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Özəlin yeni partiyasına kimlər qatılacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.