Dekabrın 19-da Nizami Kino Mərkəzində “AnewZ” Beynəlxalq Televiziyasının araşdırma seriyasından olan “The Oligarch's Design” sənədli filminin rəsmi nümayişi keçirilib. Təqdimatda Milli Məclisin deputatları, Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, media subyektlərinin rəhbərləri və ictimai-siyasi şəxslər iştirak ediblər. “AnewZ” Beynəlxalq Televiziyasının icraçı direktoru Rüfət Həmzəyev sənədli ekran əsəri barədə məlumat verib.
#Troika Laundromat
"The Oligarch’s Design" maliyyə gücünün, siyasi təsirin və məqsədli şəkildə qurulmuş narrativlərin, münaqişələrin gedişinə və ictimai rəyə necə təsir göstərə bildiyini araşdıran tədqiqat xarakterli sənədli filmdir. Film Ruben Vardanyanın taleyini mərkəzə alaraq beynəlxalq hesabatlara, açıq mənbələrdən əldə olunan məlumatlara, eləcə də Rusiyanın korporativ və siyasi maraqları ilə bağlı genişmiqyaslı ofşor şəbəkəni ifşa edən və "Troika Laundromat" kimi tanınan əvvəlki araşdırmalara əsaslanır.