Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya girişinə qadağa qüvvəyə minir

    5 Dekabr 2025 11:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya girişinə qadağa qüvvəyə minir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Nailə Babazadə

    Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan edən yeni qaydanın qüvvəyə minməsinə günlər qalmış, ABŞ-ın texnologiya şirkəti Meta, Facebook və İnstagramda təxminən yarım milyon hesabı bağlamağa başlayıb.

    AzerVoice xəbər verir ki, 10 dekabrda tətbiq olunacaq qadağaya əsasən, Meta noyabr ayında etdiyi açıqlamadan sonra, bu gündən etibarən 16 yaşdan kiçik olduğunu müəyyən etdiyi istifadəçilərin hesablarını deaktiv etməyə başlayıb.

    Meta həmçinin, Avstraliyadakı bu istifadəçilərin yeni hesab açmasının qarşısını almağa başlayıb.

    Meta-nın sözçüsü açıqlamasında bildirib ki, 16 yaşdan kiçik istifadəçilər Instagram, Threads və Facebookdakı rəqəmsal məzmunlarını yükləyə biləcək, 16 yaşına çatmadan əvvəl hesablarını yenidən açmaq imkanı barədə məlumatlandırılacaqlar və məzmunları eyni şəkildə geri yüklənəcək.

    Avstraliya Rabitə Naziri Anika Wells açıqlamasında qeyd edib ki, yaş doğrulama sistemi mövcud hesabları filtrələmək üçün zaman alacaq, amma qayda geri çəkilmədən tətbiq olunacaq.

    Meta-nın məlumatına görə, ölkədə 13-15 yaş arasında təxminən 350 min Instagram və 150 min Facebook istifadəçisi mövcuddur.

    Bu arada, Avstraliyada 15 yaşlı iki gənc, qaydaya qarşı Ali Məhkəmədə xüsusi məhkəmə iclası keçirmək hüququ qazanıb.

    Məhkəməyə təqdim edilən ərizədə bildirilir ki, qadağa sosial medianın “zərərli xüsusiyyətlərini hədəfləmir”, əksinə, 13-15 yaş arası gənclərin ifadə azadlığını geniş şəkildə məhdudlaşdırır.

    Tərəflər razılaşıblar ki, məsələ ən erkən 2026-cı ilin fevralında xüsusi bir iş çərçivəsində araşdırılsın. Buna görə də qadağa, 10 dekabrda planlandığı kimi qüvvəyə minəcək.

    Avstraliyadakı yeni qanunvericiliyə görə, YouTube, Facebook, TikTok, Snapchat, Reddit, Instagram və X kimi qlobal sosial media platformaları 10 dekabrdan etibarən qanuna əməl etməsələr, təxminən 33 milyon dollaradək cərimə ilə üzləşə bilərlər.

    #Avstraliya #TikTok #X sosial media platforması #sosial media #sosial media qadağası #Sosial media müzakirələri #Sosial media xəbərdarlığı #Sosial media təsirləri #YouTube #sosial media psixoloji təsiri #Avstraliya sosial media qadağası #16 yaşdan kiçik uşaqlar sosial media #Facebook və Instagram hesab bağlanması #Sosial media istifadəçiləri filtrə #Sosial media cəriməsi #Rəqəmsal məzmun yükləmə #Snapchat və Reddit qadağası #Sosial media platformalarının məsuliyyəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    "X" platforması hansı yeni öhdəlikləri yerinə yetirəcək?

    15 İyul 2026 21:06

    Etibar təsadüf deyil - NATO zamanı paylaşılan reklam müzakirələrə səbəb oldu

    12 İyul 2026 06:00

    Misir baş məşqçisi dünya çempionatında qələbəni Fələstinə həsr edib

    4 İyul 2026 18:50

    Məhəmməd Salahdan "Panenka" şousu: Misir Avstraliyanı turnirdən kənarlaşdırdı

    4 İyul 2026 14:00

    Sosial medianın gizli təhlükəsi: Gənclər arasında yayılan "rəqəmsal demansiya"

    21 İyun 2026 13:00

    Abbas Əraqçi Memorandumun imzalanmasının yaxın müddətdə olacağını deyir

    12 İyun 2026 19:58

    Tramp İrana sülh razılaşmasının detallarını yaydığı üçün etiraz edib

    12 İyun 2026 19:43

    Böyük Britaniya, Avstraliya, Kanada, Fransa və Norveç İsrail sakinlərinin zorakılığına qarşı koordinasiyalı addım atıb

    9 İyun 2026 19:26

    Emirates regional gərginliyə baxmayaraq reysləri azaltmayacaq

    9 İyun 2026 19:22

    Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

    5 İyun 2026 22:18

    Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

    17 May 2026 23:59

    Tarixdə bu gün – 9 May

    9 May 2026 00:01
    XƏBƏR LENTİ

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Şimali İraqın əsas qaz yatağında hasilat dayandırılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.