#Sosial media təsirləri

İndoneziyada 16 yaşından kiçik uşaqların sosial media platformalarından istifadəsinə qadağa qoyan qanun qüvvəyə minib. Bu addımla Cakarta rəhbərliyi Cənub-Şərqi Asiyada belə bir tətbiqi başladan ilk ölkə olub. Mərhələli şəkildə tətbiq olunacaq bu qadağa çərçivəsində YouTube, TikTok, Facebook, Instagram, Threads, X, Bigo Live və Roblox kimi məşhur platformalara 16 yaşdan aşağı istifadəçilərin girişi məhdudlaşdırılacaq. Rabitə və Rəqəmsal İşlər Naziri Meutya Hafid ölkədə fəaliyyət göstərən bütün rəqəmsal platformalara xidmətlərini dərhal yeni qanunvericiliyə uyğunlaşdırmaq barədə tapşırıq verib.

Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan edən yeni qaydanın qüvvəyə minməsinə günlər qalmış, ABŞ-ın texnologiya şirkəti Meta, Facebook və İnstagramda təxminən yarım milyon hesabı bağlamağa başlayıb. 10 dekabrda tətbiq olunacaq qadağaya əsasən, Meta noyabr ayında etdiyi açıqlamadan sonra, bu gündən etibarən 16 yaşdan kiçik olduğunu müəyyən etdiyi istifadəçilərin hesablarını deaktiv etməyə başlayıb.

Böyük Britaniyada yerləşən Cambridge Dictionary-nin açıqlamasına görə, yeni sözlər arasında sosial mediada populyarlaşan "skibidi" və "tradwife" kimi ifadələr də yer alacaq. "Skibidi" sözü YouTube-da yayılan animasiya serialından qaynaqlanaraq bəzən “sərin”, bəzən də mənasız bir ifadə kimi işlədilir. "Tradwife" isə ənənəvi evdar qadın həyat tərzini təsvir etmək üçün istifadə olunur. Həmçinin, lüğətə “bro” və “oliqarxiya” sözlərindən əmələ gələn “broliqarxiya” da əlavə edilib. Bu termin son dərəcə varlı və güclü kişilərdən ibarət kiçik bir qrup, xüsusən də texnologiya sektorunda olanları təsvir etmək üçün istifadə olunur.