Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Sudanda humanitar fəlakət: 177 min sakin hələ də mühasirədə

    30 Oktyabr 2025 16:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sudanda humanitar fəlakət: 177 min sakin hələ də mühasirədə
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Sudan Həkimlər Birliyi ölkənin qərbində yerləşən Şimali Darfur əyalətinin paytaxtı Faşir şəhərində 177 min nəfərin hələ də mühasirədə qaldığını və ölənlərin sayının minlərlə olduğunu bildirib.

    AzerVoice xəbər verir ki, birlikdən yayılan açıqlamada, Sürətli Dəstək Qüvvələrinin (RSF) şəhəri ələ keçirməsindən sonra Faşirdə baş verən “vəhşi qırğın və humanitar fəlakət” kəskin şəkildə pislənib.

    Bəyanatda vurğulanıb ki, Faşirdə baş verənlər “soyqırım, sistematik etnik təmizləmə və tammiqyaslı müharibə cinayətidir.”

    “RSF oktyabrın 28-də etnik zəmində qətliam törədərək silahsız mülki şəxsləri hədəf alıb. Əlaqə kəsintiləri və təhlükəsizlik çatışmazlığı səbəbindən ölənlərin dəqiq sayı bilinmir, lakin bu rəqəmin minlərlə olduğu ehtimal edilir,” – deyə açıqlamada bildirilib.

    Məlumatda qeyd olunur ki, RSF qüvvələri şəhərə daxil olduqdan sonra ilk saatlarda təxminən 2 min dinc sakin öldürülüb, bir çox günahsız insan diri-diri yandırılıb. Şəhərdə qalan 177 min nəfərin əksəriyyətinin toplu şəkildə qətlə yetirildiyi, avtomobilləri ilə qaçmağa çalışanların isə maşınlarının içində yandırıldığı bildirilir.

    Həkimlər Birliyi həmçinin RSF qüvvələrinin şəhərdəki xəstəxanələri, tibb mərkəzlərini və aptekləri qarət etdiyini qeyd edib.

    “Faşirdəki Səudiyyə Xəstəxanasında 450-dən çox xəstə və yaralı güllələnib, səyyar səhra xəstəxanalarında isə təxminən 1200 yaşlı, yaralı və xəstə öldürülüb,” – deyə bəyanatda vurğulanıb.

    Bildirilib ki, şəhərdə genişmiqyaslı insan haqları pozuntularının sənədləşdirilməsi davam edir. Bu pozuntular arasında “yerindəcə edamlar, ev basqınları, cinsi zorakılıq və qurbanların öz məzarlarını qazmağa məcbur edilərək diri-diri basdırılması” kimi hadisələr yer alır.

    Qeyd edək ki, Sudanda 2023-cü ilin 15 aprelindən bəri ordu ilə xarici dəstəkli RSF qüvvələri arasında şiddətli döyüşlər davam edir. Darfur bölgəsinin ən böyük şəhəri Faşir uzunmüddətli qarşıdurmalardan sonra əsasən RSF-nin nəzarətinə keçib.

    On minlərlə insan döyüşlərdən qaçmaq məcburiyyətində qalıb. Sosial mediada yayılan videolarda RSF qüvvələrinin sivilləri zorla evlərindən çıxardığı, silahsız insanları qətlə yetirdiyi və işgəncələrə məruz qoyduğu anlar əks olunub.

    #Sudan #Sudan iqtisadi inkişaf #Sudan ordusu və RSF münaqişəsi #Sudanda humanitar böhran #Sudanda səhiyyə böhranı #Sudanda müharibənin səhiyyəyə təsiri #Sudanda səhiyyə sisteminin çöküşü #Sudan müharibəsi 2023 #HDK və Sudan ordusu qarşıdurması #Sudanın siyasi vəziyyəti #Sudan toqquşmaları #Sudan RSF hücumu #Darfur
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sudanda islamçıların gələcəyi sual altındadır

    24 İyun 2026 21:53

    Liviya sərt qərar verdi: Dörd Afrika ölkəsinin vətəndaşlarına giriş qadağan edildi

    24 İyun 2026 14:55

    Qədim palçıq məscidlər: Tarixin səssiz şahidləri

    21 May 2026 10:56

    Vəziyyət gərginləşdi: Müharibə yenidən başlayır

    5 May 2026 13:15

    Sudanın paytaxtı Xartumda həyat normallaşır: Dövlət qurumları geri dönür

    25 Aprel 2026 18:37

    Əl-Burhan və Oman sultanı Sudandakı hadisələri müzakirə ediblər

    22 Aprel 2026 18:47

    Qara qitədə sarı ölüm- Sudanın qızıl mədənləri kütləvi məzarlığa necə çevrildi?

    22 Aprel 2026 17:58

    Tarixdə bu gün – 16 Aprel

    16 Aprel 2026 00:02

    BMT-nin baş katibi Sudanda hərbi əməliyyatların dərhal dayandırılması üçün beynəlxalq birliyə müraciət edib

    15 Aprel 2026 20:28

    BMT Sudan ordusu ilə vuruşan RSF komandirlərini hərbi cinayətlərdə və etnik təmizləmədə günahlandırır

    25 Fevral 2026 14:16

    Sudanda məcburi köçkün düşərgəsinə dron zərbəsi: azı 15 uşaq həlak olub

    19 Fevral 2026 15:33

    BMT Sudanda 8 milyondan çox insanın kəskin aclıqla üz-üzə qaldığını açıqlayıb

    20 Yanvar 2026 11:05
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqləyib

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    Yaxın Şərqdə sabitliyi pozan qüvvə İrandır - Rubio

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.