Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    BMT-nin baş katibi Sudanda hərbi əməliyyatların dərhal dayandırılması üçün beynəlxalq birliyə müraciət edib

    15 Aprel 2026 20:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BMT-nin baş katibi Sudanda hərbi əməliyyatların dərhal dayandırılması üçün beynəlxalq birliyə müraciət edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə günü verdiyi bəyanatda Sudan müharibəsinin üçüncü ildönümünün "faciəvi bir mərhələ" olduğunu bildirib və bu "kabusa" son qoymağa çağırıb.

    VOA xəbər verir ki, Berlin şəhərində keçirilən beynəlxalq donorlar toplantısına video-ismarıçla qatılan Quterreş Sudanın böyük vədlər verən bir ölkədən dünyanın ən böyük humanitar böhran ocağına çevrildiyini vurğulayıb.

    Baş katib münaqişə zonasından ən ağır beynəlxalq cinayətlərə dair etibarlı iddiaların mütəmadi olaraq daxil olduğunu qeyd edib. O, qadın və qızların terrora məruz qaldığını, sistematik cinsi zorakılığın hökm sürdüyünü və bütöv icmaların məhv edildiyini diqqətə çatdırıb. Quterreş bu kabusun təkcə Sudanla məhdudlaşmadığını, bütün regionu qeyri-sabitliyə sürüklədiyini bildirib. BMT rəhbəri humanitar işçilərin təhlükəsiz fəaliyyətinə şərait yaradılmasını, maliyyə dəstəyinin artırılmasını və xaricdən silah axınının dayandırılmasını tələb edərək "təkcə maliyyə sülhü əvəz edə bilməz" mesajını verib.

    #BMT #Antonio Quterreş #Sudan #Sudanın yenidən qurulması #Sudan iqtisadi inkişaf #Sudanda humanitar böhran #Sudanda xolera epidemiyası #Sudanda səhiyyə böhranı #Sudan müharibəsi 2023 #HDK və Sudan ordusu qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    28 Avqust 2026 16:03

    İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

    27 Avqust 2026 17:26

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    26 Avqust 2026 12:42

    Dünya nizamını formalaşdıran Vestfaliya sülhü barədə nə bilirik?

    25 Avqust 2026 09:00

    Sudanda humanitar vəziyyət necədir?

    22 Avqust 2026 17:53

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    BMT baş katibi uğrunda yarışda yeni səsvermə keçirildi

    21 Avqust 2026 12:15

    BMT qüvvələri Livanda tərəfləri təxribat xarakterli addımlardan çəkinməyə çağırıb

    20 Avqust 2026 19:40

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Qəzza və Sudan yardım işçiləri üçün ən təhlükəli bölgələrdir - BMT

    19 Avqust 2026 13:47

    Livanda 860 minə yaxın məcburi köçkün evinə qayıdıb, böhran isə davam edir - BMT

    18 Avqust 2026 19:46
    XƏBƏR LENTİ

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.