BAKI,VOA
Sudanın keçmiş mədən naziri Əbdülbaqi əl-Cilani ölkədəki mədən qəzalarını kəskin şəkildə diaqnoz edir: "Dünyada bir təyyarənin qəzaya uğraması bütün uçuşların təhlükəli olduğu mənasına gəlmir, lakin Sudan istisna olmaqla, qızıl mədənlərindəki qəzalar artıq bir həqiqətdir" Əl-Cilani bildirib ki, hər il dünyanın müxtəlif yerlərində mədən qəzaları baş verə bilər, lakin Sudanda bu artıq gündəlik xəbərə çevrilib. Onun fikrincə, bunun əsas səbəbi elmin kənara itələnməsi və qeyri-peşəkarlığın (xaotik qazıntıların) hakim olmasıdır.
Dövlət nəzarətindəki "ənənəvi" ölümlər
Cəmi bir neçə gün əvvəl Sudanın şərqindəki qızıl mədəninin çökməsi nəticəsində 7 nəfər ölüb, 6 nəfər yaralanıb. Maraqlıdır ki, bu xəbəri hökumətin mədən fəaliyyətlərinə nəzarət edən orqanı — Sudan Mineral Resursları Şirkəti yayıb. Əl-Cilaninin sözlərinə görə, bu, həmin təhlükəli fəaliyyətlərin dövlətin himayəsi altında, lakin heç bir "mədən kodu"na əməl edilmədən həyata keçirildiyinin göstəricisidir.
Əl-Cilani vurğulayır ki, mədənlərin və eləcədə süxur tədqiqatları normalda 3 il çəkməlidir. Bunlar olmadan qazıntı aparmaq həyatla qumar oynamaqdır, çünki yerin altındakı hər hansı görünməz qüsur qəfil çökməyə səbəb ola bilər.
Çökmələrə nə səbəb olur?
Ərəb Mədən Məsləhət Şurasının rəhbəri dr. Həsən Bəxit çökmələrin bir neçə gizli səbəbini açıqlayıb. Onun sözlərinə görə, bura süxur strukturundakı çatların kiçik bir təsirlə ayrılması,qazıntı zamanı süxuru saxlayan təbii dayaqların silinməsi ilə çəki və davamlılıq balansının pozulması və yeraltı sular faktiru daxildir.
Mütəxəssis qeyd edir ki, təhlükəsizlik vəziyyəti pisləşdiyi üçün peşəkar şirkətlər Sudanı tərk edib, onları isə elmi bilikləri olmayan 2 milyona yaxın "ənənəvi" mədənçi əvəz edib.
Yeganə gəlir mənbəyi: Həyat bahasına qızıl
Sudan dövlətinin bu təhlükəli fəaliyyətləri dayandırmaq imkanı yoxdur.
Əl-Cilani: "Qızıl hasilatı dövlətin yeganə gəlir mənbəyinə çevrilib. İldə 200 ton qızıl istehsal olunur ki, bunun yarısı dövlətə çatır, qalan yarısı isə dövlətin xəbəri olmayan qaçaqmalçılıq yolları ilə mədənlərdən çıxarılır."-deyə bildirib.
Həll yolu kimi Qana və Tanzaniya nümunəsi göstərilir. Orada ənənəvi mədənçilər kooperativlərdə birləşdirilir və kiçik dərinliklərdə işləmələrinə icazə verilir. Sudanda isə insanlar ağır texnika ilə onlarla metr dərinliyə enirlər ki, bu da riskləri dəfələrlə artırır.